«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 12:39 PM
Main » Articles » Tarix » Ozan məscidi

Ozan məscidi
Ozan məscidi
 
Diridiri yandırılan məsum insan fəryadlarının tarixi şahidi Qədim tarixə malik olan Gəncə memarlıq abidələr ilə zəngindir. Belə abidələrdən biri də Ozan məscididir. Məscid Ozan məhəlləsində yerləşdiyinə görə bu cür adlandırılır. Ozan məscidinin tikilməsi haqqında müxtəlif fikirlər söylənilir. "Gəncənin tarix yaddaşı" kitabının müəllifi F.Əhmədov onun tikilməsini 1884-cü ilə aid edir. S.Şükürovun "Gəncənin tarixi abidələrindən" kitabında da 1884-cü il Ozan məscidinin tikildiyi il kimi göstərilir. Bəs bu haqda rəsmi mənbələr nə deyir? Gəncə Dövlət Tarix Mədəniyyət Fondunun baş mühafizi Iradə Abuzərli ilə söhbət zamanı o bizi rəsmi sənədlərlə tanış etdi və bunları bildirdi: "Ozan məscidinin girəcəyində, qapının üstündə ərəb əlifbası ilə yazılmış əlyazma mütəxəssislərimiz tərəfindən oxunmuşdur. Məlum olub ki, məscid 1786-cı ildə tikilib. Lakin bəzi yazılar pozulduğundan məscidin memarı haqqında məlumat verə bilmirik". Rəsmi sənədlərdə göstərilənlərə əsasən, tikilinin ümumi sahəsi 357,8 m2, yararlı sahəsi isə 223,8 m2dir. Binanın tikinti dəyəri 63.504 manatdır (bu məbləğin həqiqi dəyərini bu günkü manatımızla müqayisə etməyə çətinlik çəkirik). Məscidin əsas hissəsi kümbəzlə örtülmüş kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq yerləşir. Ozan məscidinin həm də Hacı Abbaslı məscidi adlandırılması haqqında da məlumat verilir (F.Əhmədov "Gəncənin tarixi yaddaşı"). Ozan ağbirçəklərindən Xurşud Məşədi Musa qızının dediyinə görə Ozan məscidinin Hacı Abbas kişinin adı ilə çağırılması məscidin əsasən bu kişinin hesabına tikildiyini göstərir. Ozan məscidi xalqın təşəbbüsü ilə tikilmiş və məhəllə camaatının diqqətindən heç vaxt kənarda qalmamışdır. "Molla Nəsrəddin" jurnalının 1907-ci il buraxılışının 12ci sayında Ozan məhəlləsində yaşayanların köməyi ilə 1906-cı ildə məscidin təmirinə 2000 manat pul toplanması haqqında məlumat verilir (S.Şükürov "Gəncənin tarixi abidələrindən"). Məhəllə ağsaqqalı H.Verdiyev Ozan məscidilə bağlı maraqlı bir əhvalat danışdı:"1920-ci ildə Gəncə qiyamı zamanı şəhərin yuxarı hissəsində ermənilər və ruslar birləşib şəhəri top atəşinə tutmuşdular. Mərmilər Ozan məscidinə də düşmüş, onun bir hissəsini dağıtmışdır. Xəbər bizə çatanda babam molla Hüseyn və atam molla Allahverdi hadisə yerinə getmişlər. Bu zaman atılan mərmi qəlpəsi babama dəymiş və onu öldürmüşdür. Atam isə ayağından yaralanmışdır". Gəncədə 1920-ci ildə baş vermiş bu üsyanın tarixini uzun illər ərzində bolşeviklər bizim yaddaşımızdan silməyə, öz əməllərini örtbasdır etməyə çalışmışlar. Ozan məscidi də bu qanlı hadisələrin bir şahididir. Burda elə bir dəhşətli faciə baş verib ki, o, çətin ki, insanların yaddaşından silinə bilə. O faciənin canlı şahidi olan gəncəli Məmməd Ibrahim oğlu Altunbəy 1989-ildə Ankarada çıxan "Hürriyyətə uçan ilk pilot" kitabında o günləri xatırlayaraq yazır:"Ən böyük faciə Ozan məscidindəydi... Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu. Məscidnin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaratmışdı... Diridiri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa yanmayan, fəqət qaralıb qalan əllər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı... Küçənin o biri başında beşaltı erməni akkardion çalırdı. Bizi görcək bağırıb söyməyə başladılar". Bəli, belə bir faciənin şahidi olub Ozan məscidi. Ancaq təəssüf ki, Ozan məscidində baş verən bu faciə haqqında çox az bilirik. Çünki həmin hadisənin şahidlərinin çoxu indi torpaq altında uyuyur. Sağ qalanları isə Azərbaycanı tərk ediblər. Məscid 1920-ci ilə kimi fəaliyyət göstərmiş, dindarlara xidmət etmişdir. Sovet dövründə uzun müddət fəaliyyətsiz qalmışdır. Bir müddət burada korlar arteli, sonra isə ərzaq mağazası yerləşdirilmişdir. Nəhayət, 1979-cu ildə həmin vaxt şəhərin katibi vəzifəsində işləyən H.Həsənovun təşəbbüsü ilə Ozan məscidi yenidən bərpa olunmuşdur. Məhəllə sakini Mahir Isayevin dediklərindən: "Məscidin bərpası zamanı rəssam Rüstəm Hüseynquliyev Ozan məscidinin divarlarında gözəl sənət əsərləri yaratmışdır. Bu rəsmlərdə Azərbaycan xalqının adətənənələri, xalq rəqsləri, çalğı alətləri, həmçinin Gəncənin qapıları və qala divarları, şeyx Nizaminin əksi təsvir olunur. Bundan sonrakı dövrdə məscid bir müddət Nizami xatirə muzeyi, kitab mağazası kimi fəaliyyət göstərmişdir. Halhazırda Ozan məscidi dini kitabxana kimi əhaliyə xidmət göstərir. Burada "Qurani-Kərim"in 3 dildə  Azərbaycan, rus və türk dilində  tərcüməsi, Islam dinindən bəhs edən müxtəlif kitablar, həmçinin Gəncə dindarları tərəfindən hədiyyə edilən bir çox müqəddəs ziyarətgahların fotoşəkilləri vardır. Burada dinin təbliğ olunması ilə bağlı teztez söhbətlər aparılır, tədbirlər keçirilir.
 
Category: Ozan məscidi | Added by: IslamQadini (2009-09-30)
Views: 966 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]