«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 2:05 PM
Main » Articles » Tarix » Qüds-statistika və qətnamələr

Qüds-statistika və qətnamələr
Qüds-statistika və qətnamələr
 
Fələstinli müsəlmanların kökü, Sionistlərin kökü, Fələstinin işğalı və necə bölünməsi, ərəb başçılarının xəyanəti, işğala qarşı Fələstinlilərin ilk izdihamları, beynəlxalq təşkilatların Fələstin haqqında planları, Fələstin azadlıq hərəkatının necə yaranması, 1948, 1956, 1967, 1973, 1982-ci il savaşları və sair.
 
 
1967-ci il savaşı:

İsrailin Suriyaya qarşı 1967-ci ilin Mayında göstərdiyi hədələrə cavab olaraq «Cəmal Ən-nasir» «Tiyran» boğazını bağladı. İşsizlərin sayından (təxminən 10 min işsiz) və 1920-ci ildən o günə qədər xaricə miqrasiya edilənlərin İsrailə gələnlərin sayından hədsiz dərəcədə çox olmasından əziyyət çəkdiyi üçün dünya yəhudilərinin diqqətini İsrailin «müsibətinə» yönəltmək istədi.
 

Sionist rejmi Misrin vitse-prizidentini danışıqlar aparmaq üçün Vaşinqtona gedəcəyi gün özünün «baykod» adlandırdığı yürüşünü həyyata keçirdi. Ondan sonra «Matita Hobilid» etiraf etdi ki, 1967-ci ildə İsrailin təhlükəsizliyini pozacaq heç bir təhlükə yox idi. sonralar İsrailin müdafiə naziri olan «Əzrvayzmən» də bunu bəyan etdi. sionist rejmi bu sürətli müharibə nəticəsində Sina yarımadasını, Qəzzə zolağını, Cövlan yüksəkliklərini və bütünlüklə İordan çayının Şərq sahillərini, o cümlədən Qüds şəhərini işğal etdi. bütün bunlar onun ərazisini altı dəfəyə qədər genişləndirdi.
 

242 saylı qətnamə.
 
1967-ci il İyun müharibəsindən sonra BMT-nin TŞ səs çoxluğu ilə bir qətnamə qəbul etdi ki, sonralar 1967. 11. 22. qətnaməsi ilə tanındı. TŞ İsrail qüvvələrinin müharibədə işğal etdikləri ərazilərdən qeyri-şərtsiz geri çəkilməsi tələb olunurdu. TŞ söz gücünə torpaqlara sahib olmağı qadağan edən maddə və əsaslara istinad edərək regionda hər bir ölkənin müəyyən olunmuş və tanınmış sərhədlər çərçivəsində birgə sülh şəraitində yaşamasını təkid edirdi. Bu qətnamə qaçqınların problemlərinin ədalətli həll yolunun tapılmasının zəruriliyini təkid edirdi. Fələstinlilərin bu qətnaməyə qarşı çıxmaları haqqlıdır, çünki, onlara qaçqın gözü ilə baxılmışdı. Qətnamə onların adını çəkmir və fələstinlilərin öz müqəddəratını həll etmə hüququ və fələstin ölkəsinə malik olmaq və nümayəndələrə təyin etməklə bağlı onları öncədən mövcud olan hüquqlardan söz açmır. (242 saylı) Keçmiş qətnamə fələstinlilərin taleyini önə çəkmədiyindən sionistlərin təhrifinə məruz qaldı. Onlar israr edirdilər ki, müharibə zamanı işğal olunmuş ərazilərdən onların geri çəkilmələri «bütün» torpaqlardan çəkilmək deməkdir.
 

İsrailin işğalı altında fələstinlilər.

1967-ci ildən indiyə qədər İsrail dəfələrlə BMT Baş Assambileyası və Təşkilatın digər orqanları tərəfindən məhkum olunmuşdur. Bütün bunlar işğal altında olan fələstinlilər barəsində insan haqqlarının pozulması səbəbi ilə həyata keçirilmişdir. Eləcə də Beynəlxalq Qırmızı Xaç və BMT Baş Assambileyası bildirmişdir ki, «işğal altında olan dinc sakinlərlə davranış» haqqında IV Cenevrə Konvensiyası İordan çayının Qərb sahilinin və Qəzzə zolağının əhalisinə aiddir. 1967-ci ildən bu günə qədər Iordan çayının qərb sahillərində və Qəzzə zolağında 2 mindən çox ev dağıdılmış və 70-ci illərin başlanğıcında 2000 fələstinli ümdə şəxsiyyəti sürgün etmişlər. Sionist rejmi ərəb şəhərlərinin icra hakimlərini biri istisna olmaqla kənarlaşdırmışlar. Eləcə də fələstinli görkəmli şəxsiyyətlərə sui-qəst nəticəsində iki nəfər şəhər rəhbərinin iki ayağı kəsilmişdir.
 
 
15-20 min arasında fələstinli mühakiməsiz həbsxanalara salınmış və yüzlərlə insan işgəncələrə məruz qalmışdır. Məktəblər və unversitetlər aylarla bağlı qalır, şagird və tələbələrin etiraz mitinqləri neçə ərəb gəncin Sionist ərəblər tərəfindən öldürülməsinə səbəb olmuşdur. İordan çayının Qəbr sahilinin 43,5%-i müsadirə olunmuşdur. Bu gün təkcə İordan çayının Qərb sahilində İsrailin təmir olunmuş məntəqəsi var və belə abad olunmuş məntəqələrin daha çox olması üçün planlar çəkilir. Yaşayış yeri problemi ilə qarşılaşan Sionist rejmi indi İordan çayının Qərb sahilindəki ərəb torpaqlarında ucuz qiymətli yaşayış binaları tikərək Sionistləri orada məskunlaşdırmaq üçün onların ixtiyarına verirlər. Su mənbələri tamami ilə Sionistlərin əlindədir. Ərəblərə quyu qazmağa icazə belə verilmədiyi halda köçəriər istədikləri kimi bu torpaqlardan və su mənbələrindən istifadə edə bilərlər.
 

1973-cü il müharibəsi.
 
Misir və Suriya torpaqlarının işğalçı İsrail tərəfindən işğal edilməsindən 6 il sonra adı çəkilən iki ölkənin rəhbərləri belə nəticəyə gəlirlər ki, Sionist rejmin onların torpaqlarından dinc yolla geri çəkilmələri ətrafında danışıqlar aparmaq üçün heç bir yol mövcud deyildir. Həmin vaxt 1968-ci ildə BMT tərəfindən 242 saylı qətnamənin tələblərini həyata keçirmək üçün təyin olunmuş «Günar Yarinq» İsrailin özbaşnalığı ucbatından danışıqlara başlaya bilməmişdir. Sionist rejmi Şərqi Qüdsi özünə birləşdirdi və Sina səhrada, Cövlan yüksəkliklərində, İordan çayının Qərb sahillərində və Qəzzədə onlarla kaloniya yaratdı. Bu səbəbdən də Misir və Suriya rəhbərləri öz torpaqlarını buraxmağı qərara alıblar.
 
 
3236 saylı qətnamə.
 
Baş Assambileyanın 1974-cü ilin Noyabırında qəbul etdiyi 3236 saylı qətnamə Fələstin məsələsi ilə bağlı keçmiş qətamələri təkrarladı. Yenə də fələstinlilərin Milli istiqlaliyyət və  hakimiyyətinə təkid etdi. İndi BMT başa düşür ki, Fələstin xalqı Yaxın Şərqdə ədalətli və həmişəlik sülhün yaranmasında əsas tərəfdir.
 

Qətnamənin mətni:
 
Baş Assambileya Fələstin məsələsini dinlədikdən sonra Fələstin xalqının nümayəndəsi olan Fələstin Azadlıq Hərəkatını və Fələstin məsələsinin ədalətli həlli yolunun tapılması haqqında digər bəyanatları dinlədikdən sonra narahatlıq hissi keçirir və Fələstin məsələsinin dünyada sülhün və təhlükəsizliyin qorunması üçün təhlükə olduğunu və Fələstin xalqının BMT nizamnaməsinin tələbinə uyğun olaraq öz müqəddəratını həll etmək hüququna malik olmasını dərk edir. Fələstin xalqının dəyişməz hüququ və xüsusi ilə öz müqəddəratını təyinetmə hüququnun pozulmasını nəzərə alaraq Baş Assambileya BMT nizamnaməsinin əsas və hədəflərini, Fələstin xalqının öz müqəddəratını həll etmək haqqına aid olan qətnamələri əldə rəhbər tutaraq:
 
1. Bir daha Fələstin xalqının Fələstində dəyişməz hüququna təkid edir:
 
A) Başqalarının müdaxiləsi olmadan öz müqəddəratını təyin etmək haqqı;
 
B) Milli hakimiyyət hüququ;
 
2. Bir daha fələstinlilərin öz evlərinə qayıtması və onlardan alınmış mülklərə qayıtması hüququna təkid edir.
 
3. Təkid edir ki, Fələstin məsələsinin həlli üçün Fələstin xalqının dəyişməz hüququnun yerinə yetirilməsi və buna hörmətlə yanaşmaq vacibdir.
 
4. BMT hiss edir ki, Fələstin xalqı Yaxın Şərqdə həmişəlik ədalətli sülhün qorunub saxlanılmasında əsas tərəfdir.
 
5. Eləcə də, Fələstin xalqının öz hüququnu BMT nizamnaməsinə uyğun bütün yollardan istifadə etməklə əldə etməyə haqqlı olduğunu bilir.

6. Bütün ölkələrdən və Beynəlxalq təşkilatlardan Fələstin xalqının öz hüququnu əldə etməsi yolunda apardığı mübarizəni dəstəkləməyi tələb edir.
 
7. BMT-nin baş katibindən Fələstin Azadlıq Təşkilatı ilə Fələstin məsələsinə aid bütün işlərə dair təmasda olmağı tələb edir.
 
8. BMT-nin baş katibindən özünün toplantısında hazırkı qətnamənin  icrası ilə bağlı məlumat verməsini tələb edir.
 
9. Baş Assambileya «Fələstin məsələsi» adı altında olan maddə assambileyanın müvəqqəti ssesiyasının gündəliyində olmasını qərara alır.
 

BMT Sionizm haqqında.

BMT Baş Assambileyası 10. 11. 1975-ci ildə belə bir bəyəmnamə imzaladı: «Sionizm irqçilik və irqi ayrıseçkiliyin bir növüdür» Bu bəyamnamə leyhinə səs verənlər Cənubi Afrikada irqi ayrıseçkilik siyasətinin əleyhinə olanlardır. Sionizmin İsraildə yəhudilərə imtiyazlar verməsi və yəhudi olmayanlara bu imtiyazların verilməməsini heç kim inkar etmir. Adı çəkilən bəyamnamədən parçaları diqqətinizə çatdırırıq:
 

Diqqətinizi Afrika ittifaqı təşkilatına üzv hökumət və dövlət başçılarının 1975-ci il 28 iyundan Oktiyabıra qədər olan fasilədə Kampalada özünün ənənəvi toplantısında qəbul etdiyi 77 saylı (d-12) qətnaməyə cəlb edirik. Həmin qətnamədə deyilir: «İşğal olunmuş Fələstinə, Zimbabeyə və Cənubi Afrikaya hakim olmuş rejm müştərək istemarçı qüvvələrdir və vahid irqçilik tərkibinə malikdirlər. İnsan hörmət və ləyaqətini alçaltmaq siyasətində bir-biri ilə əsli bağlılıqlara malikdirlər» Həmçinin nəzərinizə çatdırırıq ki, «Qatılmayanların» 1975-ci il Avqustun 25-dən 30-na qədər olan fasilədə qəbul etdiyi Sionizm dünyada sülhü və əminamanlığı təhlükəyə salan bir təşkilat kimi tanıtdıran bütün ölkələri bu imperialist və irqçi idiolojiyaya qarşı mübarizə aparmağa çağıran qarşılıqlı əməkdaşlıq və siyasi qətnaməsi bildirir ki, Sionizm irqçilik və irqi ayrıseçkiliyin bir növüdür.
 
 
7. Devid Kampi sənədləri.
1977-ci ilin Noyabırında Sadatın Qüdsə baxış keçirməsi və «Manaxim Beginin» özbaşnalıq göstərməsindən sonra 1978-ci ilin Sentiyabırında karter Amerikanın Merilən Ştatındakı «Devid Kampinda» bir toplantı keçirməyə qərara aldı. «Devid Kampinda» iki sənəd imzalandı.
 

Birinci sənəd: Misir və İsrail arasında sülh sənədi.
 

İsrail bütün Sina Səhrasından geri çəkilir və bu məntəqə İsrailin köçürülüb yerləşdirdiyi əhalidən boşaldılmasından sonra silahdan təmizlənmiş bir əraziyə çevriləcək. Əvəzində ABŞ həmin köçkünləri yenidən yerəşdirmək üçün 4 milyard dollar məbləğində pul verəcək.
 

İkinci sənəd: İordan Çayının Qərb Sahilləri və Qəzzə zolağının gələcəyi haqqındadır. Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna və İordan Çayının Qərb Sahilləri və Qəzzə zolağından kənar ərazilərdə və Sionist hərbiçilərinin geri çəkiləcəkləri  digər ərazilərdə fələstinlilərin taleyinin necə olacağına işarə olunmayıb. Eləcə də Qüds şəhərinin adı çəkilməyib. Digər tərəfdən Sionizm rejimi veto hüququnu aşağıda qeyd olunan işlərdə qoruyub saxlamışdır:
 
1. Danışıqlarda fələstinlilərdən kim iştirak edəcək.
 
2. Muxtariyyət müzakirəsinin mahiyyəti.
 
3. Qaçqınlardan kimə qayıtmaq icazəsinin verilməsi.
 
4. İsrailin təhlükəsizliyi Fələstinlilərin bütün qərarlarında, qətnamələrində və hərəkətlərində nəzərə alınmalıdır.

5. Fələstin ölkəsinin qurulması.
 
 
Ya Rəbb, Ramazanımızı bərəkətli, ümmətimizi azad, əsgərlərimizi müzəffər, düşmənlərimizi zəlil et!.
Category: Qüds-statistika və qətnamələr | Added by: IslamQadini (2009-09-30)
Views: 1056 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]