«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 9:53 PM
Main » Articles » Tarix » Şəhidlər Ağası

Şəhidlər Ağası
Şəhidlər Ağası
 
Üçüncü Məsum İmamımız həzrət Hüseyn (ə) hicrətin dördüncü ili Şəban ayının3-ü Mədinə şəhərində dünyaya gəlmişdir. O, həzrət Əli (ə) və Peyğəmbər (s) qızı xanım Zəhranın (s) ikinci övladı idi.
 

Hüseyn ibn Əli (ə) öz həyatı boyu şücaət, azadlıq, zülm və haqsızlığa qarşı mübarizədə məşhur olmuşdur. Hüseyn ibn Əli (ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbər (s) dünyadan köçdükdən sonra otuz il atası Əli (ə) ilə birgə yaşamış və Əlinin (ə) hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir.
 

Əlinin (ə) şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli (ə) ilə çiyin-çiyinə çalışmışdır. İmam Həsənin (ə) şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseynin (ə) üzərinə düşmüşdür.

Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və hicrətin altımış birinci ili Məhərrəm ayının onunda Kərbəla çölündə şəhid olmuşdur.
İmam Hüseynin (ə) həyat mərhələlərinin sonuncusu, yəni, o həzrətin (ə) İmamət dövrü onun həyatının ən əsas hissəsi hesab olunur.
 
Hüsyen ibn Əli (ə) gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (ə) ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki, ömər mənbərdə oturmuşdur. Bunu görcək tez mənbərin başına qalxıb ömərə dedi: "Mənim atamın mənbərindən aşağı düş və get öz atanın mənbərində otur."
ömər özünü itirmiş halda dedi: "Mənim atamın mənbəri olmayıb." Sonra ömər onu yanında əyləşdirdi. Mənbərdən düşdükdən sonra İmam Hüseyni (ə) öz evinə aparıb ondan soruşdu: "Bu sözü sənə kim öyrədib?" İmam Hüseyn (ə): "Heç kim." - deyə cavab verdi.
 
 
İmam Hüseyn (ə) atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyöşdə fəal iştirak etmişdir.
 
 
Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseynin (ə) öhdəsində idi. Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn (ə) Əli (ə) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.
 
İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsənlə (ə) birgə olmuşdur. İmam Həsənin (ə) ordusu Şama tərəf hərəkət edəndə mübarizə meydanında İmam Hüseyn (ə) İmam Həsənlə (ə) çiyin-çiyinə olmuşdur. Müaviyə İmam Həsənə (ə) sülh təklifi etdikdə İmam Həsən (ə) İmam Hüseyn (ə) və Əbdullah ibn Cəfəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi. Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.
Category: Şəhidlər Ağası | Added by: IslamQadini (2009-09-30)
Views: 1029 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]