«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 1:42 PM
Main » Articles » Tarix » Vəhhabilərin əli ilə islami əsərlərin dağıdılması

Vəhhabilərin əli ilə islami əsərlərin dağıdılması
 
Vəhhabilərin əli ilə islami əsərlərin dağıdılması
 
Hal-hazırda dünyanın hər yerində keçmiş nəsillərdən irs qalmış tarixi abidə və əsərlərlə fəxr edilir, onları qoruyub saxlamağa həddindən artıq səy göstərilir və onları təmir edib düzəltmək üçün külli miqdarda pul sərf edilir.
 
Dünya ölkələri arasında belə bir qanun var ki, xaricdən gələn müxtəlif heyətlərə və qonaqlara öz tarixi abidələrini göstərsinlər. Amma qəsbkar vəhhabi dövləti islamın tarixi əsər və abidələrini bir-birinin ardınca və tamamilə məhv edir ki, gələcəkdə onlardan heç bir əsər-əlamət qalmasın. Bu vəhhabilərin islama və bütün müsəlmanlara qarşı törətdikləri böyük bir cinayətdir. Çünki bu tarixi abidələr heç kimin şəxsi əmlakı deyil və bütün müsəlmanlara məxsusdur; tarix boyu müsəlmanların iftixarı sayılmış, indidə sayılmaqdadır. «İslam dövləti» iddiasını irəli sürən ölkələrdə vəhhabilərin bu kinli hərəkətləri qarşısında tam sükut edərək məsuliyyətsiz bir mövqe seçmiş və onlara qarşı heç bir reaksiya göstərməmişlər.
 
Əlbəttə, onların belə bir mövqe seçmələri heç də təəccüblü deyil. Çünki bu hökümətlərin vəhhabilərlə müştərək bir xüsusiyyətləri vardır: onlar Amerika, İngiltərə, Rusiya və ya bu kimi istismarçı dövlətlərin əlaltılarıdır.
 
İndi görək, islam iddiaçısı olan dövlətlərin, bu üç dövlətdən asılı olmalarında şəkk yeri vardırmı?
 
Şübhəsiz hamı bilir ki, bu dövlətlərin başçıları əcnəbilərin əlaltılarıdır və onların (əcnəbilərin) səfirlikləri tərəfindən verilən göstərişlərə uyğun olaraq əməl edirlər. Bunları nəzərə alaraq bu dövlətlərin vəhhabilərin cinayətlərinə qarşı bir reaksiya göstərəcəklərini gözləmək olarmı?
 
Vəhhabilərin məhv etdikləri bu tarixi əsərlər iki dəstəyə bölünür: birinci dəstədən vəhhabilərin səylərinin əksinə olaraq müəyyən əsər-əlamət qalmışdır. İkinci dəstədən isə heç bir əsər əlamət qalmamışdır.
 
Birinci dəstəyə aşağıdakılar daxildir:
 
Mədineyi-münəvvərədəki «Bəqi» qəbiristanlığı; o, 1342-ci hicri qəməri  ilində vəhhabilərin təcavüzünə məruz qalmış, oradakı tarixi abidələr, o cümlədən İmamların (ə) və digər İlahi övliyaların məzarlarının zərihləri, minarə və gümbəzləri məhv edilmişdir.
 
Məkkəyi-Mükərrəmədə olan «Qureyş» məzarlığının (Cənnətul-müəlla); Bu məzarlıqda İslami şəxsiyyətlərdən bir qrupu dəfn edilmişdir ki, İslamın inkişaf edib yayılmasında əllərindən gələni əsirgəməmişlər. Onlardan bəzilərinin adlarını qeyd edirik:
 
1. Peyğəmbərin (s) babası Əbdül-Müttəlib ibn Haşim. Bu böyük şəxsiyyətin Peyğəmbərə (s) etdiyi xidmətlər hamıya bəllidir.
 
İslamın qəhrəmanı Əlinin (ə) atası Əbu Talib. O İslam Peyğəmbərinin (s) zəhmətkeş və hamisi idi, bütün qüvvəsini İslamı və İslam Peyğəmbərini (s) müdafiə etməyə və müşriklərlə mübarizəyə sərf etdi. Hətta Peyğəmbər (s) onun haqqında buyurmuşdu: «Dinin möhkəmlənməsi yalnız Əlinin (ə) qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi ilə mümkün oldu»
 
Amma vəhhbilər bu böyük şəxsiyyəti azğınlıq və küfrlə müttəhim edirdilər, özü də bu iddiaya heç bir dəlilləri yoxdur. Belə bir ittiham yalnız Əbu Talibə və onun oğlu Əliyə (ə) qarşı olan kin və düşmənçilikdən irəli gəlir. Hansı ki, Əbu Talib özünün Allaha və Peyğəmbərə (s) olan imanını müxtəlif münasibətlərlə təşkil olunan məclislərdə aşkar etmişdir. O cümlədən bu şeirdə deyir:
 
«Mən yəqin etdim ki, həqiqətən Muhəmmədin dini aləmdəki dinlərin ən yaxşısıdır.»
 
İndi görək Əbu Talibə qarşı küfr nisbəti vermək olarmı?
 
Bu böyük şəxsiyyəti küfr və inhiraf ilə müttəhim edənlər bilməlidirlər ki, qiyamət günü Allah qarşısında Peyğəmbərin (s) Əlinin (ə) və Əbu Talibin düşmənlərindən sayılacaq, xar və zəlil olacaqlar.
 
(Əlavə məlumat almaq üçün Əbdullah Xuneyzinin yazdığı «Qureyş mömini Əbu Talib» kitabına müraciət edə bilərsiniz.)
 
3. Peyğəmbərin (s) həyat yoldaşı Xədicə binti Xuvəylid. O, bütün sərvətini İslamın inkişafı və təbliği yolunda bəxş etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi Peyğəmbər (s) onun barəsində buyurur: «Dinin möhkəmlənməsi yalnız Əlinin (ə) qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün olmuşdur.»
 
4. Peyğəmbərin (s) oğlu Əbdullah.
 
5. Peyğəmbərin (s) oğlu Qasim.
 
Keçmiş dövürlərdə bu qəbirlərin hamısının məqbərəsi, günbəzi var idi və müsəlmanlar onları ziyarət edərdilər. Amma vəhhabilər hicaza hakim olduqdan sonra, bu məqbərələrin bütün qiymətli çilçıraqlarını, cəvahiratını qarət edib, sonra onu torpaq komasına döndərmişlər.
 
Bu deyilənlər birinci dəstəyə aid olan məhv edilmiş tarixi abidələr idi. Amma tamamilə məhv edilən və heç bir əsər-əlaməti qalmayan tarixi abidələr aşağıdakılardır:
 
1. Peyğəmbərin (s) əziz atası Əbdullah Əbdül Müttəlibin qəbri (Mədineyi-Münəvvərədə).
 
Vəhhabilər o qəbri məhv edib sonra oradan piyada və maşın yolları salmışlar. Bu əməllə Peyğəmbərin (s) atasına qarşı böyük bir hörmətsizlik və ihanət (təhqir) rəva görmüşlər. Görəsən bu qəbri olduğu kimi saxlasaydılar, onlara nə ziyanı olacaqdı?
 
Şübhəsiz bu işlərin hamısı Muhəmməd ibni Əbdül Vəhhab ilə ingilis cəsusu Hemferin razılaşmaları əsasında baş vermişdir.
 
Onlar qərara almışdılar ki, Peyğəmbərin (s) heysiyyətinə və etibarına ləkə yaxmaq üçün heç nəyi əsirgəməsinlər. Vəhhabilər bununla da kifayətlənməyib həyasızcasına Peyğəmbərin (s) əziz atasına küfr və yoldan azmaqla müttəhim edirlər. Amma Əhli-beytdən (ə) gəlib çatan hədislərdə Əbdül Müttəlibin, Əbu Talibin və Əbdullahın imanlı olması təkid olunmuşdur.
 
2. Xeybər qapısı. Xeybər, Mədinə şəhərinin 95 kilometirliyində yerləşən bir məntəqənin adıdır. Qədimdə bu məntəqədə çoxlu möhkəm qalalar var idi. O qalalarda yəhudilər yaşayırdılar.
 
Yəhudilər müsəlmanların qorxusundan xeybər qapısını böyük qala qapısı etmişdilər. Bu qapı çox böyük və ağır bir daş parçasından ibarət idi ki, açıb-bağlamağa qırx dörd nəfər lazım olurdu. Amma İslam qoşununun qəhrəman sərkərdəsi həzrəti Əli (ə) Xeybər müharibəsində o qapını təklikdə yerindən çıxarıb qırağa atdı. Hətta mötəzilə (sünnü firqələrindən biridir) alimi ibni Əbil Hədid, Əlinin (ə) bu fəzilətinə işarə edərək deyir:
 
«Ey qırx dörd nəfərin hərəkət etdirməkdən aciz qaldığı qapını yerindən çıxaran!»
 
Bu qapı Xeybər qalasında yaşayan yəhudilərin həyatı üçün şah damar hesab edilirdi.
 
İmam Əlinin (ə) qala qapısını çıxardıb ora hücum etdiyi və yəhudilərin sərkərdəsi olan Mərhəbi öldürdüyü vaxt yəhudilərin ən böyük ümüdləri qırıldı.
 
Maraqlıdır ki, İordaniya tərəfindən Hicaza tərəf gələn hacılar Xeybər məntəqəsindən keçəndə bir küncə tullanmış o böyük qapını görür və Əlinin (ə) o qapını çıxarmaqda və yəhudiləri məğlub etməkdə göstərdiyi qəhrəmanlıqlardan, rəşadətlərdən heyrətlənirdilər. Ali-Səud sülaləsi hakimiyyətə gələndən sonra bir neçə səbəbə görə o daşı öz gözlərində bir tikan kimi görürdülər. Bu səbəblər aşağıdakılardır:
 
a) O qapının müşahidə olunması Əlinin (ə) əzəmətini xatirələrdə canlandırırdı. Ali Səud isə o Həzrətə (ə) qarşı kin və düşmənçilik bəsləyirdi. Elə buna görə də bu qapının mövcud olmasın dözə bilməzdilər.
 
b) İngilis cəsusu Hemfer Muhəmməd ibn Əbdül Vəhhab ilə İslamı zəiflətmək və məhv etmək üçün sövdələşmişdi. Bu qapı isə Peyğəmbərin (s) rəhbərliyi ilə müsəlmanların böyük qələbələrindən aşkar bir nümunə idi. Buna əsasən, bu məsələnin yanından sakit sovuşa bilməzdilər.
 
Saydığımız bu və bəzi başqa dəlillərə görə vəhhabilər bu böyük tarixi əsəri gizlətmiş, ondan heç bir əsər-əlamət saxlamamışlır. Bu barədə İordaniya-Mədinə magistiralında sürücü işləyən bir nəfər mənə dedi ki, qəsbkar Ali Səud dövləti kran vasitəsi ilə bu daş qapını götürüb naməlum bir yerə aparmışdır.
 
Beləliklə aydın olur ki, vəhhabilərin cinayətləri həddən artıq çoxdur. İslama və müsəlmanlara qarşı törətdikləri cinayətlərin isə sayı-hesabı yoxdur. Gizli törətdikləri cinayətlər aşkar törətdiklərindən daha çoxdur.
 
İnşaallah gələcəkdə istismarçıların əlaltısı olan bu dövlətin devrilməsi və möminlərin hakimiyyətə gəlməsi ilə məxfi qalmış cinayətlərin üstü açılacaqdır.
 
3. Qədir Xum İslam tarixində böyük bir hadisədən xəbər verir. Peyğəmbər (s) vida həccindən qayıdan zaman Məkkə ilə Mədinə arasında yerləşən bu məntəqədə düşərgə salmış və Əlinin (ə) əlini yuxarı qaldıraraq onu özündən sonra canişinliyə təyin etmişdir. Sonra isə bu cümləni üç dəfə təkrar etmişdir:
 
«Mən kimin mövlasıyamsa bu Əli (ə) də onun mövlasıdır. İlahi, onu dost tutan kəsi dost tut, onunla düşmənçilik edən şəxs ilə sən də düşmən ol; Ona kömək edən hər kəsə kömək et, onu xar edən hər kəsi xar et!» Sonra Peyğəmbər (s) müsəlmanlara əmr etdi ki, Əli (ə) ilə beyət etsinlər və ona salam göndərsinlər. Uzun illər boyu bu diyar müsəlmanlar üçün məşhur və tanınmış bir yer idi; oradan keçən hər bir insan bu böyük İslami hadisə haqqında xoş xatirələri yada salırdı. Amma vəhhabilər hakimiyyətə gəldikdən sonra oradan keçən yolu dəyişdirmiş və o diyarın bütün İslami abidələrini məhv etdilər ki, heç kəs bu hadisənin baş vermə yerindən xəbərdar olmasın.
 
(Yuxarıda gördüyünüz Bəqi qəbrstanlığının şəkili cinayətkar vəhhabilərin buranı işğal etməmişdən qabaqkı görüntüsüdür. hal-hazırda oradakı tarixi tikililər məhv edilib.)  
Category: Vəhhabilərin əli ilə islami əsərlərin dağıdılması | Added by: IslamQadini (2009-09-30)
Views: 1121 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]