«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 9:26 PM
Main » Articles » Ehli-Beyt (e) » TARİXDƏ UZUNÖMÜRLÜLƏRİN SƏRGÜZƏŞTİ

TARİXDƏ UZUNÖMÜRLÜLƏRİN SƏRGÜZƏŞTİ
 
 
TARİXDƏ UZUNÖMÜRLÜLƏRİN SƏRGÜZƏŞTİ

Baxmayaraq ki, keçən səhfələrdə çox uzun ömrün mümkünlüyünə aid kifayət qədər izahlar verildi, lakin əziz oxucuların bilməkləri üçün ki, bu mövzu tarixi baxımdan da həmişə bəşəriyyət tərəfindən qəbul edilmişdir, oxucuların mötəbər tarix və bioqrafiya kitablarına müraciət etməsini məsləhət bilirik. Xatırladırıq ki, bu kitabların müxtəlif yerlərində çoxlu uzunömürlülərin bioqrafiyasının dərc edilməsindən əlavə, xüsusi olaraq uzunömürlülərin tərcümeyi-halı barəsində də kitablar yazılmışdır. Misal olaraq bu kitabların adlarını çəkmək olar: Əbi Hatəm Sicistaninin (vəfatı 248 hicri-qəməri ya 250 hicri-qəməri) “Əl-müəmmirun” kitabı, bu kitab ilk dəfə ingilis tərcümə variantı ilə birlikdə, 1899-cu ildə Londonda çapdan çıxmışdır və son günlərdə də təkrar çap olunmuşdur. Şeyx Mofidin qələmə aldığı “Kəmaləd-din” və “Qeybət” kitablarının, Şərif Mürtəzanın qələmə aldığı “Amali” kitabının bir bab ya fəsli xüsusi olaraq bu mövzu haqqındadır.

Hər kəs bu kitablara müraciət etsə, başa düşər ki, boş yerə söhbət bu qədər uzanmayıb və onun üçün yəqin hasil olar ki, tarixin bütün bu nəql etdikləri mənbəsir və məchul deyildir və bəşərin ömürünün müəyyən bir sərhədi yoxdur, qəribəliklərlə dolu qoca tarix saysız-hesabsız uzunömürlü insanların həyat səhnəsi olmuş və bu torpağın üzərində çox insanlar Həzrət Vəli Əsrdən – ruhumuz ona fəda – daha artıq ömür sürmüşlər.

Aydındır ki, bizim uzunömürlülərin tarixindən bildiklərimiz və əlimizdə olan bioqrafiya kitablarında yazılanlar bu böyük dünyanın kiçik bir hissəsinin tarixidir. Əgər başqa millətlərin tarixləri də bizim əlimizdə olsaydı və əgər əvvəldən uzunömürlülərin sərgüzəştini qoruyub saxlamağa padşahların sərgüzəşti qədər əhəmiyyət verilsəydi, indi uzunömürlülərin tarixi sərgüzəştləri başqa tarixlərdən daha geniş olardı.

Bütün bunlarla yanaşı, biz istəyirik ki, əlimizdə olan kitab və mənbələr üzündən tərtib olunmuş, uzunömürlülərin adlarını özündə əks etdirən bir cədvəl oxucularımıza təqdim edək, lakin gördüyünüz kimi tarixdəki, keçmişdə və indiki bütün uzunömürlülərin siyahisini əldə etmək, hətta əlimiz çatan həmin tarix kitabları və mənbələri həddində, çox vaxt və əlavə fürsət tələb edir. Biz, yalnız, nümunə olaraq, onların bir hissəsinin adını qeyd etməklə kifayətlənərik, necə deyərlər “Mümkünlük və qeyri-mümkünlükdə oxşarların hökmləri birdir”.
Bəzi uzunömürlülərin adları

1-    Adəm, 930 il.

2-    Şis, 912 il.

3-    Ənuş, 905 il.

4-    Qinan, 910 il.

5-    Məhəlləil, 895 il.

6-    Yarud, 962 il.

7-    Əxnux, 365 il.

8-    Mətuşaluh, 969 il.

9-    Lamək, 777 il.

10- Nuh 950 il. (Tarix və hədis kitablarına əsasən onun peyğəmbərlikdən qabaqkı və tufandan sonrakı ömrünün müddəti 2500 il olmuşdur).

11- Sam, 600 il.

12- Ərfəkşad, 438 il.

13- Şaluh, 433 il.

14- Abir, 464 il.

15- İbrahim, 175 il.

16- İsmail, 137 il. (Bu şəxslərin hamısının ömrünün müddəti Tövrata uyğun yazılmışdır. Bundan əlavə Faluh, Rəuv, Səruc, Nahur və başqaları kimi bir qrup insanların da adlarını zikr etmişdir. Bax: Tövrat, ərəbcə tərcüməsi, Beyrut capı, 1870-ci miladi ili; “Muntəxəbul- əsər”, müəllif, səfh. 276-277. Qeyd  etmək lazımdır ki, Əxnux həmin İlyadır ki, yəhudi və xiristianlar belə hesab edirlər ki, o miladdan 1382 il əvvəl diri göylərə çəkilmiş və ölüm dərdini dadmamışdır. Bax: “İzharul- həqq” , cild 2 səfh 124).

17- Rəbiə ibn Zəbi Fəzzari, 380 il. (“Kəmalud- din”, cild 2, səfh. 233-235)

18- Ovs ibn Harisə, 220 il. (“Əl- muəmmirin”, səfh. 36)

19- Ubəyd ibn Şurəyd Curhəmi, 350 il. (“Kəmalud- din”, cild 2, səfh. 232).

20- Burd, 962 il. (“Kənzul- fəvaid” səfh. 245).

21- Əyyub ibn Həddad Əbdi, 200 il. (“Kəmulid- din” cild 2, səfh. 142).

22- Sələbə ibn Kəb, 300 il. (“Əl- Muəmmirin”, səfh. 64).

23- Təyyimullah ibn Sələbə, 500- il. (“Təzkirətul- xəvas”, səfh. 205; “Əl- Muəmmirin”, səfh. 31).

24- Səvb ibn Təldə Əsədi, 220 il. (“Əl- Muəmmirin”, səfh. 59).

25- Cəfər ibn Qurt Amiri, 300 il. (“Əl- Muəmmirin”, səfh. 43).

26- Cəlhəmə ibn Ədud ibn Zeyd, 500 il. (“Qeybət”, Şeyx Mofid, səfh. 86).

27- Yuhabir ibn Malik ibn Ədud, 500 il. (“Qeybət”, Şeyx Mofid, səfh. 86).

28- Zuheyr ibn İtab Kəlbi, 300 il. (“Kəmalud- din”, səfh. 246).

29- Cəlilə ibn Kəb, 190 il. (“Əl- Muəmmirin”, səfh. 65).

30- Hadisə ibn Səhr, 180 il. (“Əl- Muəmmirin”, səfh. 49).

31- Hadisə ibn Ubeyd Kəlbi, 500 il. (“Əl- Muəmmirin”, 67).

32- Hamil ibn Hadisə, 230 il. (“Əl- Muəmmirin”, səfh. 69).

33- Hubabə Valbiyə, Əli (ə)- ın xilafət əsrindən Həzrət Rza (ə)- ın imamət zamanına kimi ömür sürmüşdür (mötəbər hədis kitablarına əsasən).

34- Haris ibn Məzaz Curhəmi, 400 il. (“Qeybət”, Şeyx Mofid, səfh. 81; “Əl- Muəmmirin”, səfh. 42).
35- Zuləsbə əl- Üdvani, 300 il. (“Əl- Muəmmirin”, səfh. 82).

36- Hənzilə ibn Şərqi, 200 il. (“Əl- Muəmmirin”, səfh. 49).

37- Durəyd ibn Zeyd, 450 il. (“Əl- Muəmmirin”, səfh. 20).

38- Zucdən Həmiri, 300 il. (“Əl- Muəmmirin”, səfh. 33).

39- Durəyd ibn Səmt, 200 il. ( “Əl- Muəmmirin”, səfh. 22).

40- Zulqərineyn, 3000 il. (“Təzkirətul- xəvas” kitabının Tövratdan etdiyi nəqlə əsasən, səfh. 377).

41- Rəbiə Bəcli, 190 il. (“Əl- Muəmmirin”, səfh. 68).

42- Rədad ibn Kəb Nəxəi, 300 il. (“Kəmalud- din”, cild 2, səfh. 242).

43- Zuheyr ibn Xəbbab, 420 il. (“Əl- Muəmmirin”, səfh. 25).

44- Kahin Sətih, 30 əsr, (“Əl- Muəmmirin”, səfh. 5).

45- Seyf ibn Vəhəb, 300 il. (“Əl- Muəmmirin”, səfh. 41).

46- Şurəyt ibn Əbdullah Cufi, 300 il. (“Əl- Muəmmirin”, səfh. 39).

47- Kahin Şəqq, 300 il. (“Kəmalud- din”, cild 2, səfh. 48).

48- Zeyf ibn Riyah, 270 il. (“Qeybət”, Şeyx Mofid, səfh. 80).

49- Zubeyrə ibn Səid,  220 il. (“Əl- muəmmirin”, səfh. 20).

50- İbad ibn Səid, 300 il. (“Əl-muəmmirin”, səfh. 70).

51- Ovf ibn Kənanə Kəlbi, 300 il. (“Kəmalud- din”, cild 2, səfh. 255).
52- Əbdulməsih ibn Əmru Qəssani, 350 il. (“Əl- muəmmirin”, səfh. 38).

53- Ovs ibn Rəbiə Əsləmi, 214 il. (“Əl- muəmmirin”, səfh. 66),

54- Ubeyt ibn Şurəyd Curhəmi, 350 il. (“Kəmalud- din”, cild 2, səfh. 232).

55- Əmru ibn Həmmətud- dusi, 400 il. (“Qeybət”, Şeyx Mofid, səfh. 81).

56- Əmru ibn Ləhi, 245 il. (“Qeybət”, Şeyx Mofid, səfh. 86).

57- Qis ibn Saidə, 600 il. (“Kənzul- fəvaid”, səfh. 254).

58- Kəb ibn Həmmətud- dusi, 390 il. (“Təzkirətul- xəvas”, səfh. 205; “Əl- muəmmirin”, səfh. 22).

59- Kəb ibn Radə Nəxəi, 300 il. (“Əl- muəmmirin”, səfh. 66).

60- Muhsin ibn Utban Zubeydi, 256 il. (“Kəmalud- din”,cild 2, səfh. 255; “Əl- muəmmirin”, səfh. 21).

61- Mərdas ibn Səbih, 230 il. (“Əl- muəmmirin”, səfh. 35).

62- Mustuvğər ibn Rəbiə ibn Kəb, 330 il. (“Əl- muəmmirin”, səfh. 9; İbn Hişamın sirəsi, cild 1, səfh. 93).

63- Həbl ibn Əbdullah Kəlbi, Zuheyr ibn Xəbbabın babası, 700 il. (“Əl- muəmmirin”, səfh. 29).

64- Nufeyl ibn Əbdullah, 700 il. (“Təzkirətul- xəvas”, səfh. 205).

Qeyd etmək lazımdır ki, “Əl- muəmmirin”, “Qeybət”, “Kəmalud- din”, “Kənzul- fəvaid” və tarix kitablarında adları gəlmiş uzunömürlülərin adlarını sadalamaq bu yazının həddən artıq  uzun olmasına səbəb olardı. Elə buna görədə, bu miqdara kifayət edir və qalan uzunömürlülərin adlarını isə axır zamanlar yazılan kitablardan istifadə edərək bunlara əlavə edirik. Habelə, təsadüfən və axtarış niyyətində olmadan haqqında qəzetlərdə yazılara rast gəldiyiniz bəzi müasir uzunömürlülərin adlarını da əlavə edirik:

65- Henri Conkes, 169 il. Bu kişi 112 yaşında Fulorfid döyüşündə iştirak etmişdir.

66- Con Bafen, 175 yaşı vardır və yaşı yüzdən cox olan üç övladının görmüşdür.

67- Norveçili Yuhənna Sur Tənğətun (vəfatı 1797- ci il), 160 il.

68- Tuz Mabar, 152 il.

69- Kur Təval, 144 il.

70- Zengbarlı bir şəxs, 200 il.

Bu necə nəfərin adı “Əl- Cavahir” təfsirinin 17- ci cildinin 226- cı səfhəsində qeyd olunmuşdur.

71- Matu Salim, 969 il.

72- Lukumbanez adasının kıralı, 802 il.

73- Pəncab əyalətindən olan bir neçə şəxs, 200 il.

74- Markus Ebnyus, 150 ildən artıq.

75- Atus Herik dağının əhalisi, 130 il.

76- Dudun, 500 il.

77- Kiprin kıralı Sencrin, 160 il.

78- Müqəddəs Semyon, 107 il.

79- Müqəddəs Təkris, 165 il.

80- Müqəddəs Antovan, 105 il.

81- Efyopiyali Elbu Mamteran, 150 il.

82- Tomas Bar, 152 il.

83- Başqa bir uzunömürlü ki, övladının ölümü zamanı 140 yaşı vardı.

84- Bernoker Terim, 150 il.

85- Serbistanlı bir uzunömürlü, 135- il.

86- Başqa bir serbistanlı uzunömürlü, 125- il.

87- Serbistanlı başqa bir uzunömürlü, 290 il.

88- Lifunyalı bir uzunömürlü, 167 il.

89- Lusrunda ölən başqa bir uzunömürlü, 186 il.

90- İqasili bir əkinçi, 185 il.

91-  Misirli bir uzunbömürlü, 154 il.

92- Razu adında türkiyəli bir uzunömürlü, 156 il.

Bu şəxslərin adları “Əl- əhrəm” qəzetinin 1930- cu il dekabırında üç nömrəli sayında “Əbədilik və uzun ömür: uzunömürlülərdən maraqlı hadisələr” başlığı altında çıxan bir məqaləsində qeyd olunmuşdur (Təfsirul- cəvahir, cild 24, səfh. 86-88).

93- Şeyx Məhəmməd Səmhan, 170 il. (“Səba” jurnalı [say 29, il 3] Qahirədə çıxan “Əl- isnəyn” jurnalından nəql edir.

94- Seyyid Mirzə Kaşani, 154 il. (“Pərçəme- İslami” qəzeti, say 3, il 2).

95- Cümə, 140 il. (“Keyhan” qəzeti, say 7253).

96- Məhəmmədbaqir Eyvazov, öz yüz əlli illiyinin bayramını qeyd etdi və Sovetlər İttifaqı Post və Teleqeraf Nazirliyi üzərində Eyvazovun şəkili olan xatirə markını çap etdirdi (“İttilaat” qəzeti, say 9603).

97- Yuqaslaviya sakini olan Oçkobiç adlı bir serb kəndlisi, 1798- ci ildə dünyaya gəlmiş və 1956-cı ilə kimi yaşamışdır (“İttilaat” qəzeti, say 9215).

98- Şirəli Müslimov, 164 yaşlı, 1967- ci ildə öz 162 illiyini qeyd etmişdir. Bu kişi bu yaşda qıbraq və gümrahdır və ömrü boyu spirtli içkilərə ağzını vurmamışdır. Dünya mətbuatı dəfələrlə onun uzun ömründən söz açmış və haqqında yazılar nəşr etdirmişdir (“Keyhan” qəzeti, say 7151, 7746; “İttilaat” qəzeti, say 11744, 11750, 11871, 11904, 11965, 12882, 12893).

99- Hacı Məhəmməd Bədəviyyi Əbuş- Şamat, 125 il (“İttilaat” qəzeti, say 9072).

100- Şeyx Əli ibn Əbdullah, Qatarın keçmiş hakimi, 150 il (“İttilaat” qəzeti, say 9303).

101- Seyyid Məhəmməd əl- Fuccal, 136 il. İsveç kanalının çəkilməsində iştirak etmişdir (“İttilaat” qəzeti, say 9093).

102- Azərbaycan Sovet Respublikasının sakini Nozərbabata Mustafayev, bir qədər bundan əvvəl özünün 140 illiyini qeyd etmişdir (“İttilaat” say 11622).

103- Məhəmməd Nəbatov 149 il, Azərbaycan Sovet İttifaqında keçirilən seçkilərin ən qoca namizədi. Onun yüzə yaxın övlad, nəvə, nəticə və kötiycəsi vardır (“İttilaat” qəzeti, say  9431).

104- Kəndxuda Qənbərəli Rüstəmabadi, 156 il (“İttilaat” qəzeti, say 9763, 9873).

105- Hacər adlı türkiyəli bir qadın, 169 il. Yüz on üç yaşlı bir qardaşı da var (“İttilaat” qəzeti, say 11347).

106- Hüseyn Pirsəlami Farsi, 146 il (“İttilaat” qəzeti, say 9746, 9748).

107- Bir kişi ki, Napalionun zamanında dünyaya gəlmişdir və 1962- ci ildə 163 yaşı vardı, 150 nəvəsi və 110 yaşlı oğlu vardır. Indiyə kimi dodağına spirtli işki və siqaret vurmamışdır. Bu kişinin adı Hadi Məhəmməddir və indi Kapabılankada yaşayır (“Keyhan” qəzeti, say 5991).

108- Seyyid Hüseyn Qurani, 135 il (“İttilaat” qəzeti, say 11924).

109- Məhəmməd Vəliyyi- Müslimiyyi- Marağeyi, 140 il (“İttilaat” qəzeti, say 10000).

110- Navariz adlı argentinalı bir qadın, 148 il (“İttilaat” qəzeti, say 8731).

111- Fırans Vayner adlı polşalı bir qoca kişi, öz doğumunun 140 illiyini qeyd etdi və dedi: indiyə kimi yadıma gəlmir, hətta bir dəfədə olsun belə xəstələnəm və hələdə öz babalarımdan mənə qalan əkin sahəsində işləyirəm (“İttilaat” qəzeti, say 8739).

112- Eşanker adlı gürcüstanlı bir kişi, 147 il (“İttilaat” qəzeti, say 11187).

113- Hacı İsmail Tunisinin qızı Aişə, 130 il (“İttilaat” qəzeti, say 8646).

114- Qafqazda yerləşən Qalon qəsəbəsinin sakini Banu Qomuka, anadan olmasının 147 illiyini qeyd etdi. Hələdə öz şənliyini qoruyub saxlamışdır, onun görmə və eşidmə orqanlarında heç bir zəiflik əmələ gəlməmişdir (“İttilaat” qəzeti, say 8972).

115- Amerikalı Devid Ferbandes, 133 il (“İttilaat” qəzeti, say 8972).

116- 185 yaşlı qoca bir kişi ki, Nəsrəddin şah dünyaya gələn zaman 50 yaşı var idi və Ağa Məhəmməd xan Qacarın zamanında on iki yaşında idi (“Keyhan” qəzeti, say 6063).

117- Qafqazdı Kərdiyev, 147 il (“İttilaat” qəzeti, say 9023).

118- Çinli bir nəfər, 155 il (“İttilaat” qəzeti, say 11, 1954- ci il).

119- Xudə adlı albaniyalı bir nəfər, 170 il (“Daneşmənd” jurnalı, say 61).

120- Türkiyə sakini Xədicə nənə, 168 il, həkimlər də onun bu yaşını təsdiq etmişlər. Bu qadın Napalion və Fəthəli şahın dövranında yaşamış və Robesprin ölümündən sonra (1794) dünyaya gəlmişdir (“İttilaat” qəzeti, say 11105).

121- Hindisdanın Pəncab əyalətindən olan Rasyaram adlı bir şəxs, 140 il (“İttilaat” qəzeti, say 8928).

122- Türkiyə sakini banu Kumru Bemirnin, 173 il (“İttilaat” qəzeti, say 8745).

123- Mərakeşli Seyyid Həbib ibn Məati, 147 il. O bu yaşda özünün bütün işlərinə məşğul olur. Oğlunun yaşı neçə illərdir ki, yüzdən keçmişdir (“Əl- əmalil- muntəxəbə” cild 1, səfh 79, Nəcəf capı, Bağdatda çıxan “Əl- əxa” qəzetindən [say 757, il 4] nəql olunur ).

124- Dili Çink adlı bir nəfər çinli, 253 il (“Əl- əmalil- muntəxəbə”, Muzəffəri, cild 1, səfh 79, Nəcəf  çapı, “Pars” ilnaməsindən nəql olunur).

125- Əhməd Adəmov, 161 il, o, həyat yoldaşı ilə birlikdə öz izdivaclarınmın 100 illiyini qeyd etmişdir (“İttilaat” qəzeti, say 8963).

126- Məhmud Baqir oğlu, öz doğumunun 184 illiyini qeyd etmişdir (“İttilaat” qəzeti, say 8963).

127- Pi Riyara Yəcavir Pi Rirapir, 167 il, Cənubi Amerikanın qırmızıdərililərindəndir. Haqqında geniş şəkildə “İttilaat” qəzetinin 9236- cı sayında və qısa şəkildə 9121, 9574, və 9575- ci saylarında məqalə dərc olunmuşdur.

128- Zülqərneyn ləqəbi ilə tanınan Seyyid Əbu Talib Musəvi Farsi, 191 il. Hamısı öz övladları, nəvə və nəticələrindən ibarət olan bir neçə yüz nəfərlik elin rəhbəridir. Axırıncı həyat yoldaşı 105 yaşındadır. O idda edir ki, Nəsrəddin şahdan qabaq arvad almış və iki dəfə diş çıxartmışdır (“İttilaat” qəzeti, say 11179, 11180).

129- Şirsəvar, 140 il, İranın Fumen şəhərindəndir (“İttilaat” qəzeti, say 9741, 9742).

130- Kermanşahlı Kərbəlai Ağa Batini, 140 il (“İttilaat” qəzeti, say 1780).

131- Seyyid Əli Fəridəni, 185 il. Onun iki övladı 150 ildən çox yaşamışlar. O 30 il qabaq, yəni 155 yaşında diş çıxartmışdır. Dövlətin rəsmi həkimlər heyəti onu müayinə etmiş, həyatı, həkimlər heyətinin raportu və İran Səhiyyə Nazirliyinin məktubu “İttilaat” qəzetində dərc olunmuşdur (“İttilaat” qəzeti, say 9741, 9744, 9765 və say 26, mehr 1337-ci il).

132- İqor Korviyev, 157 il. Birinci Napalionun rus geniral Aliksey Mirmulova qarşı apardığı döyüşlərdə bu genralın aşbazı olmuşdur. Iqor siptli içkilər və tütün məmuratlarının istifadəsindən qətiyətlə çəkinmişdir. (“İttilaat” qəzeti, say 9337).

133- Yüz əlli səkkiz yaşında kor bağırsağı Kenyanın paytaxtı Neyroppinin xəstəxanalarının birində cərrahiyyə əməliyyatı olunan bir kişi; bu kişi, həqiqətdə ən cavan cavanlardan da cavan idi. 120-130 yaşları arasında cavan həyat yoldaşından beş uşağı oldu. Onun böyük oğlunun indi 125 yaşı var, qoca və beli bükükdür, bir halda ki, atanın özü “buğa yıxan” və nağıllardakı qəhrəmanlar kimi güclü və qüvvətlidir. Böyük oğlu qəbilənin başçısıdır. Həyatı boyu 39 arvad almış və 173 övlada sahib olmuşdur. Bu ailənin uzunömürlüyü, çoxuşaqlılığını yada salanda, adamın yadına bu misal düşür ki, “oddan od törəyər” (“Mətbuate- cahan”, “İttelaat”, say 12672).

134- Rəsmi siyahiyəalınmaya görə, Gürcüstanda iki min yüz nəfərdən artıq adamın yüzdən çox yaşı vardır (“İttelaat” qəzeti, say 11178)

135- Statiskaya görə, Sovetlər İttifaqında yaşları 110-150 arasında olan 4200-ə yaxın qadın və kişi yaşayır. Araşdırmalardan sonra məlum olmuşdur ki, onların çoxu arıcılığa məşğul olurlar və qidalarının çoxunu bal təşkil edir. Elə buna görədə belə nəticə alınmışdır ki, balın insan ömrünün uzanmasında xüsusi təsiri vardır (“İttelaat” qəzeti, say 8904)

136- Amerikada yaşları yüzdən artıq olan insanların saylarının üç min beş yüz nəfər olduğu təxmin olunur. (“İttelaat” qəzeti, say 11, 9437)

137- Çində 3384 nəfərin yüzdən artıq yaşı vardır, onların arasında yaşları yüz əllidən artıq olan insanlarda rast gəlinir (“İttelaat” qəzeti, say 11, aban 1333)

138- Sovetlər İttifaqında öz ömürlərinin ikinci əsrini yaşayan insanların sayı təqribən otuz min nəfərdir (“Daneşmənd” jurnalı, say 61)

139- Bir nəfər macar kəndlisi 1724-cü ildə 185 yaşında vəfat etdi. O ömrünün axırıncı günlərinə kimi cavanlar kimi işləyirmiş. (“Daneşmənd” jurnalı, say 61)

140- Can Ravul adlı bir şəxsin ölüm zamanı 170 yaşı vardı və həyat yoldaşı o zaman 164 yaşında idi, onlar yüz otuz il birlikdə ömür sürmüşdürlər (“Daneşmənd” jurnalı, say 61)

141- Aşera Ömərova adlı bir qadın 159 il yaşamışdır (“İttelaat” qəzeti, say 12882, səh 21)

142- Bir neçə il əvvəl qəzetlər xəbər verdilər: Cənubi Amerikada 207 yaşlı bir kişi dünyasını dəyişmişdir. (“Daneşmənd”, say 61)

Burada bu mövzunu sona çatdırırıq və xatırladırıq ki, əgər bir kəs dünya xalqlarının tarixini bilsə, bütün dünya ölkələrin qəzet və jurnalları onun ixtiyarında olsa, maraqlı rəqəmlər və mühüm məlumatlar əldə edəcəkdir.

Verdiyimiz bu qısa məlumatdan aydın olur ki, tarixi baxımdan və keçmişdəki və müasir uzunömürlülərin bioqrafiyasını araşdırmaqdan əldə edilən nəticələrə əsasən, bəşərin ömrü üçün müəyyən hədd və əndazə ki, ondan o tərəfə keçməsin, yoxdur.

Seyyid ibn Tavusun “Kəşful-muhəccə” kitabında (79-cu fəsldə, məşhur bir misalı şərh edərkən ona toxunmuşdur) qeyd etdiyi kimi çox uzun ömürdən təəccüb etmək və onu qeyri- mümkün saymaq lazım deyildir, çünki onun dəfələrlə və çoxlu sayda baş verməsi ilə təəccübə heç bir əsas qalmır.

Bu fəslin axrında bir daha xatırladırıq ki, bizim uzun ömür mövzusunda və onun müxtəlif cəhətləri haqqında izah verməyimizin səbəbi budur ki, aydın olsun ki, çox uzun ömrü ağılasığmaz hesab etmək tarixdən, uzunömürlülərin bioqrafiyasından və təbiət elimlərindən məlumatsızlıq, Allaha imanın zəifliyi və ya haqqı qəbul etməkdə inadkarlıq, tərslik və itaətsizlıik göstərməkdən qaynaqlanır.

Əgər bu dəlil və sübutlar əlimizdə olmasaydı, uzunömürlülük məsələsi görünməmiş bir məsələ olsaydı və təbiət elimləri də uzunömürlülüyün mümkünlüyünü təsdiq etməsəydi, yenə də Həzrət Vəli Əsrin (Allah-təala onun zühurunu tezləşdirsin) uzunömürlüyü ağılın qəbul etdiyi, inanılan və isbat olunmuş bir mövzu olaraq qalacaqdı. Çünki böyük Peyğəmbər (s) və pak imamların verdikləri bütün bu xəbər və müjdələrlə, əziz atası Həzrət İmam Həsən Əskəri (ə)- ın həyatı zamanı, qeybəti- süğra və qeybəti- kübra əsrində o Həzrətdən görsənən bütün bu möcüzələr və xarıqüladə işlərlə və habelə sədaqət, təqva və pərhizkarlıqlarında heç bir şübhə etmədiyimiz bir dəstə böyük şəxsiyyətlərin Vəli Əsrin (ə) hüzuruna yetişmək şərəfindən verdikləri xəbərlərlə və o Həzrətlə görüşmək səadətinə nail olan müxtəlif qrupların çox saylı məlumatları ilə dünyaya ədalət gətirəcək o rəhbərin həyat və uzunömürlüyü sübuta yetmiş və qətidir, necə ki, peyğəmbərlərin möcüzələri, baxmayaraq ki, xariqüladə işlərdir, xəbər verənlərin çoxluğu və Allahın mütləq qüdrəti ilə isbat olunur və danılmaz hesab edilir.

اللهم انّا نرغب اليک في دولة کريمة تعزّ بها الاسلام وأهله وتذل بها النفاق وأهله، وتجعلنا فيها من الدعاة الي طاعتک والقادة الي سبيلک وترزقنا بها کرامة الدنيا والاخرة

Category: TARİXDƏ UZUNÖMÜRLÜLƏRİN SƏRGÜZƏŞTİ | Added by: IslamQadini (2009-10-02)
Views: 1345 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]