Main » Articles » Teyemmum » Təyəmmüm almağın qaydaları |
Təyəmmüm almağın qaydaları
Təyəmmüm almağın qaydaları Dəstəmazı pozan hallar təyəmmümü də pozur Təyəmmümdə dörd şey vacibdir: 1.Niyyət (niyyətin dilə gətirilməsi vacib deyil, qəlbdən keçsə də kifayət edər) 2.İki əlin içini, təyəmmümün səhih olduğu şeyə vurmaq. 3. İki əli birlikdə alnın tük bitən yerindən iki tərəfinə çəkmək. 4. Sol əlin içini sağ əlin üstünün hər yerinə və sağ əlin içini sol əlin üstünə eyni qaydada çəkmək. Təyəmmümün vacib olduğu hallar a) dəstəmaz və qüsl almaq üçün lazım olan suyu tapmaq mümkün olmadıqda; b) qocalıq, təhlükə və bu kimi səbəblər üzündən suyu əldə etmək mümkün olmadıqda; c) su insanın səhhətinə zərər verəcəyi və ya sudan istifadə etməklə xəstələnəcəyi təqdirdə. Lakin isti su olduqda ondan istifadə etmək lazımdır. ç) sudan istifadə etməklə insanın özü, yaxınları, eləcə də özünün və başqalarının istifadə etdikləri heyvanların susuzluqdan tələf olacağı təqdirdə; d) bədən və ya paltar nəcisə bulaşdığı və suyun yalnız bədəni və ya paltarı yumağa kifayət edəcəyi təqdirdə. Əgər təyəmmüm almaq üçün bir şey olmasa, o suyu dəstəmaz və ya qüsl üçün istifadə edib namazı nəcisli paltar və ya nəcisli bədənlə qılmalıdır. e) istifadəsi haram olan qab və ya sudan, başqa qab və ya su olmadığı təqdirdə; ə) vaxt az olacağı təqdirdə. Yəni qüsl və ya dəstəmaz alındığı və namaz qəzaya getdiyi təqdirdə. Təyəmmümün səhih olduğu şeylər Pak olan torpaq, qum, daş-kəsək, bişmiş palçıq (kərpic, kuzə və s.). İnsan susuz çöllükdə olduqda su tapmağa ümidini itirənə qədər su axtarışında olmalıdır. Dörd tərəfdən heç birində su olmadığına əmin olduqda isə axtarış aparmağa lüzum yoxdur. Namaz vaxtına kifayət qədər çox vaxt qaldıqda və su axtarışı insanı zəhmət və çətinliyə salmadıqda uzaq məsafəyə getməli, dəstəmaz və ya qüsl almalıdır. İnsan özü su axtarışına çıxa bilməsə, bu işi etibar etdiyi başqa bir şəxsə də tapşıra bilər. Vaxt az olduqda insanın özünün və başqalarının canı və malı təhlükə qarşısında olduqda təyəmmüm üçün su axtarışına çıxmaq lazım deyil. Bilərəkdən su axtarışına çıxmayan və tənbəllik üzündən namazını təyəmmüm ilə qılan şəxslər günah etmiş olurlar. Lakin qıldıqları namazlar düzgündür. Normal vaxt çərçivəsində su axtarışında olub, su tapmadıqdan sonra namazını təyəmmüm ilə qılan və namazdan sonra axtardığı yerdə suyun olduğunu başa düşən şəxsin namazı düzgündür. Artıq vaxtı olub su axtarışında olmayan şəxslər isə yaxşı olar ki, namazlarını yenidən qılsınlar. Dəstəmaz və ya qüsl almaq üçün saxlanılan suyu hədər etmək haram və günahdır. Suyun alınmasına pul sərf etdikdə və bu insanın büdcəsinə zərər vuracağı təqdirdə su almaq vacib deyil, təyəmmüm ilə namaz qılmaq olar. Çarəsizlik üzündən borc almalı olduqda borc almalı və aldığı borcla su əldə etməlidir. Su almaq üçün borcunu qaytara bilməyəcəyi təqdirdə isə borc almaq vacib deyil. Biri başqa birisinə su verib sonradan minnət qoyarsa, yaxşı olar ki, verilən su qəbul olunmasın və namaz təyəmmüm ilə qılınsın. Təyəmmüm ardıcıl olaraq yerinə yetirilməli və arada fasilə verilməməlidir. Dəstəmazı pozan hallar təyəmmümü də pozur. Dəstəmaz əvəzi ilə qüsl əvəzi arasındakı fərq onların niyyətindədir | |
Views: 11308 | Rating: 1.8/6 |
Total comments: 0 | |