«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 2:15 PM
Main » Articles » Nurlu kelamlar » TƏLAQ (BOŞANMA) VƏ ONA AİD İŞLƏR

Nurlu kelamlar
 
TƏLAQ (BOŞANMA) VƏ ONA AİD İŞLƏR

319–Mütəal Allah buyurur:  Qadınlara təlaq versəniz, iddələri axıra çatan zaman, ya onları yaxşı saxlayın, ya da yaxşılıqla boşayın və ziyan vermək üçün onları saxlamayın ki, zülm etmiş olasınız. Hər kəs belə etsə, doğrudan da özünə zülm etmişdir. Allahın ayələrini zarafat sayıb rişxənd etməyin və Allahın sizə göndərdiyi ne`məti, nəsihət üçün kitab və hikmətdən sizin üçün göndərdiklərini yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyə alimdir.
Bəqərə surəsi /231.
***

320–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Ailə qurun və təlaq verməyin ki, həqiqətdə Allahın ərşi təlaq verməklə titrəyir.
Vəsailuş-şiə /9/22.
***

321–İmam Sadiq əleyhissalam buyurur:  Həqiqətən Allah ailə qurmaq üçün toy edilən evi xoşlayır, təlaq və ayrılıq baş verən evdənsə acığı gəlir. Təlaq qədər Allahın qəzəbinə səbəb olacaq bir şey yoxdur.
Kafi /6/54.
***

322–Allahın Rəsulu (s.ə.v.v.) buyurur…Şübhəsiz, həvəsbazlıq və ya evlənməyin ləzzətini dadmaq üçün (tez-tez) ailə qurub boşanan şəxslər Allahın qəzəbinə, ya lə`nətinə düçar olmuş şəxslərdir.
Kafi /6/154.
***

323–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa behişt onundur:  Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta.
Biharul-ənvar /104/107.

Category: TƏLAQ (BOŞANMA) VƏ ONA AİD İŞLƏR | Added by: IslamQadini (2009-09-30)
Views: 2005 | Rating: 4.5/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]