«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 12:51 PM
Main » Articles » Nurlu kelamlar » TÖVBƏ

Nurlu kelamlar

 

TÖVBƏ

122–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Həqiqətən Cəhənnəm əhlinin nalələrinin əksəriyyəti tövbəni tə`xirə saldıqları üçündür.

Əl-məhəccətul-Beyza.

***

123–İmam Baqir əleyhissalam buyurur:  Etdiyi günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir.

Vəsailuş-şiə /16/74.

***

124–İmam Əli əleyhissalam buyurur:  (Tövbə) və yaxşı əməlləri tə`xirə salanlar çox olub ki, qəflətən əcəl onları haqlayıb.

Ğürərul-hikəm /240.

***

125–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Ya Əli, xoş o kəsin halına ki, Allah-taala ona nəzər sala və o da Allahdan başqa heç kəsin xəbərdar olmadığı günahları üçün ağlaya.

Hədislərdə tövsiyə olunmuşdur ki, insan öz günahlarını başqalarına deməsin və onları yalnız Allah dərgahında e`tiraf etməklə Ondan bağışlanmaq diləsin.

Biharul-ənvar /77/63.

***

126–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Həqiqətən Allah-taala hər gecə dünya asimanına, gecənin son üçdə bir hissəsində, cümə gecəsi isə gecənin əvvəlində bir mələk nazil edib əmr edir ki, nida edib desin:  Bir şey istəyən varmı ki, istədiyi şeyi əta edəm? Bir tövbə edən varmı ki, Mən onun tövbəsini qəbul edəm? Günahlarının bağışlanmasını istəyən bir şəxs varmı ki, Mən onun günahlarını bağışlayam?

(Cümə gecələrinin yuxusu Həsrət yuxusu adlandırılıb. Çünki qiyamət günü cümə gecələrini yatıb yuxuya qalanlar həddindən artıq təəssüflənərlər.)

Biharul-ənvar /3/314.

***

127–İmam Sadiq əleyhissalam buyurur:  Günah qapılarını istiazə (əuzu billahi minəşşeytanir-rəcim) deməklə bağlayın, itaət qapılarını isə Bismillahir-rəhmanir-rəhim deməklə açın.

Biharul-ənvar /92/216.

Category: TÖVBƏ | Added by: IslamQadini (2009-10-07)
Views: 1634 | Rating: 3.0/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]