«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 1:23 PM
Main » Articles » Ehli-Beyt (e) » Vahid ümumdünyəvi hökumət.

Vahid ümumdünyəvi hökumət.
 
Vahid ümumdünyəvi hökumət.

Islam bütün dünya insanlarının ayini və bəşər cəmiyyətinin dinidir, amma bu ümumdünyəvi cəmiyyət Laynis Palink və bir sıra başqa mütəfəkkirlərin dediyi, vahid ümumdünyəvi hökumət adı ilə dəm vurduqları və vahid ümumdünyəvi hökumət tərəfdarlarının buraxdığı jurnallarda onun haqqında fikirlər yürütdükləri ümumdünyəvi cəmiyyət deyildir. Çünki, əgər o hökumətin bir gün dünyada təsir ediləcəyini fərz etsək də, birinci və ikinci dünya müharibəsindən sonra təsis edilən beynəlxalq təşkilatlar kimi (necə ki, Stravos kimi o nəzəriyyənin müxalifləri də bu fikirdədirlər) bəşəriyyət üçün zəhmətə, azadlığın zəbt olunmasına səbəb olacaq və güclülərin zəiflərə ağalıq etmək adətinə çevriləcəkdir. Vahid ümumdünyəvi hökumət nəzəriyyəsinin tənqidçilərinin sözü ilə desək, dünyada modern bir zülmün yayılmaq vasitəsinə çevriləcəkdir. Çünki onların nəzərdə tutduqları hökumət Allaha iman, tövhid və hamı üçün mənəvi ortaqlığı olan bir əqidəyə əsaslanmır və insanların başqalarının hüquq və azadlıqlarına olan həqiqi imanı əsasında vücuda gəlmir. Bu cənabların dedikləri hökumət budur ki, sivilzasiya və insan nəslini təhlükə qarşısında qoyan kütləvi qırğın və atom silahlarının geniş həcimdə yayılması prossesi, əgər ümumdünyəvi bir cəmiyyət və vahid hökumət olmasa, axırda, istər-istəməz, insan nəslinin kəsilməsi ilə nəticələnəcəkdir, deməli bu təhlükənin qabağını almaq üçün indidən dünya ictimayəti müəyyən bir qanun əsasında ümumdünyəvi bir hökumət təsis etməlidirlər.

Bu hökumət nə yaranacaq, əgər yaransa, nə icra mexanizminin zəmanətçisi olacaqdır, nə insanı müharibə və fitnəyə çəkən şəhvət və meyilləri hamar edib, düzgün şəkildə hidayət edəcəkdir, nə də dünyada iman və insanlıq dəyərlərinə əsaslanan bir dövlət əmələ gətirəcəkdir.
İman qardaşlığı

İslamın dediyi dövlət isə həm icra qanunların icra olunmasının zəmanətcisidir, həm əqidə və iman onun arxasında durur, həm insanları qardaşlaşdırır və həm də onların qərizə və meyillərini düzgün istiqamətə yönəldir.

Islamın əvvəllərində bu məsələ həyata keçdi və bu gündə qarşıya çıxan çətinliklər və islam məmləkətlərini bir-birindən ayrı salan sərhədlərin törətdiyi manelərə baxmayaraq, dünyada yaşayan yüz milyardlarla müsəlman özünü bir cəmiyyətin üzvü bilir, bir-birinə qarşı qardaşlıq hissi keçirir və qəm və sevinclərində bir-birləri ilə şərik olmaq istəyirlər.

Ümumdünyəvi islam cəmiyyətinin başqa cəmiyyətlərdən – böyük ya kiçik, indi dünyada mövcud olan cəmiyyətlər ya İslamdan qabaqkı cəmiyyətlərdən, üstünlüyü budur ki, bu cəmiyyətdəki bütün işlərin qayəsini Allah və Allahın hökümləri təşkil edir və İslam təlimləri ümumdünyəvi cəmiyyəti idarə etmək üçün yetərli və kifayətdir.
İmanın rolu

Bu cəmiyyətin əsas səngəri, mərkəzi və həqiqi gövhəri tövhid əqidəsi və hamının xaliqi və ruzi verəni yeganə Allaha imandır və hər kəsin təqva və pərhizkarlığı daha artıq olsa, ona daha yaxındır. Bu ümumdünyəvi islam cəmiyyəti elə bir həqiqi meyara malikdir ki, heç bir şəxsə məxsus deyildir və hamı ona bağlıdır. Laynis Palinkin və dostlarının dediyi ümumdünyəvi cəmiyyət isə vahid bir həqiqi meyara söykənmir və ona meyl etməyin səbəbi qorxu və dünyanı bürüyən və onu məhv edən müharibələrdən vəhşətə gəlməkdir .

Islam tövhid əqidəsi ilə xalqın tərzi-təfəkkürünü dəyişir, təfəkkür səviyyəsini yuxarı qaldırır və insanların dünyagörüşlərini genişləndirir və onlar müharibədən qorxmadan, viranedici silahlardan vəhşət etmədən bir-birinə yaxın olur və bir-birini başa düşürlər.

Bizim yəqinimiz vardır ki, bir gün gələcək bu ümumdünyəvi islam cəmiyyəti bütün aləmi idarə edəcəkdir. Dinlərin birliyi, hökumətlərin birliyi siyasi sistemlərin və qanunların birliyi həyata keçməyincə və dünya belə bir birliyə gəlib çatmayınca, İslam öz misiyasının hamısını yerinə yetirməmişdir.

Xoşbəxtlikdən bu vəhdətlərin əsl tərəfdarları insanların içərisində hər gün daha çox olur və deyildiyi kimi, artıq ümumdünyəvi hökumət və cəmiyyət təşkil etmək fikri ortaya çıxmış və vəhdət şüarı ilə çıxış edən və bütün dünya millətləri arasında əlaqələr qurmaq üçün təsis edilən təşkilatlar və beynəlxalq cəmiyyətlər meydana gəlmişdir. Baxmayaraq ki, bu cəmiyyət və təşkilatlar daha çox xalqı aldatmaq niyyəti və siyasi məqsədlər daşıyırlar, amma bununla belə bu həqiqətdən xəbər verir ki, ümumi bir birlik, ictimai, dini və siyasi bir vəhdət insan ruhi və fitrətinin istəyidir. Həmin məcazi hərəkət həqiqi hərəkətlərin müqəddiməsi və bəşəriyyətin o ümumdünyəvi islam hökuməti üçün reyal hazırlığıdır.
Vəhdət zəminlərinin hazır olması

Qabaqlar ümumdünyəvi cəmiyyətin təşkil olunması fikri daha az gündəmə gətirilir və İslamın bu sahədəki təlimlərinə daha az diqqət yetirilirdi. Onun səbəbi bu idi ki, qədimki rabitə vasitələri ilə ümumdünyəvi cəmiyyəti təşkil etməyi çox çətin və bəlkə qeyri-mümkün sayırdılar, amma bu gün teleqraf texnoloqiyası, televiziya, radio, təyyarə və başqa vasitələr şəhərləri – hədis və rəvayətlərdə xəbər verildiyi kimi – bir-birinə yaxınlaşdırmış və dünya əhalisini bir məhəllənin sakinləri kimi etmiş və bir ailəyə çevrilmişdir. Bu, mütərəqqi və kamil islam təlimləri sayəsində təşkil olunacaq ümumdünyəvi hökumətin zəminlərini də hazırlamışdır. Elm və texnika inkişaf etdikcə, ali islamın hökümlərini icra etmək zəmini də daha hazır və din övliyalarının verdiyi bəşarətlər reyallığa çevrilməyə daha yaxın olurlar. Getdikcə milli və fərdi mövqeyyət və qüdrətlər dünyada zəifləyir və bütün millətlər birbaşa, ya dolayısı ilə dünyanın taleyinin təyin olunmasında dəxalət edir,[1] məhəlli qrum və qanunlar aradan gedirlər. Bütün bu siyasi sistemlərin yerini tuta bilən və hamını ədalətli şəkildə idarə edə bilən yeganə siyasi sistem islam dəyərlərindən doğan siyasi sistemdir.

Beləliklə, aləm öz-özünə islam hədəflərinə doğru addım atır və bu müxtəlif dövlətlər, qanunlar, ictimai və siyasi sistemləri arxada qoyur: İslam dəyərlərinə əsaslanan ümumi bir anlaşma vücuda gələcək, zülm, sitəm, təcəvüzkarlıq, ifratcılıq və zərərli irəliləyiş sona çatacaqdır.

İslam başlancıqdan bu parlaq gələcəyi dünya üçün proqnozlaşdırmış və ayə və rəvayətlərdə açıq-aşkara qəti vədələr vermişdir. O, insanları hamının islam bayrağı altında yığışacağı, bir din, bir millət və bir dövlətin vətəndaşları olacaqları belə bir gün, əsr və zamanın intizarında qoymuş, gələcək dünyanı idarə edəcək o alicənab rəhbərin zühuru, aləmi ədalət və düzgünlüklə dolduracağına bəşarət vermiş və onu hamıya tanıtmışdır.
Qurani-Məcidin ayələri.

Uca Allah Tövbə surəsinin 33-cü ayəsində, Fəth surəsinin 27-ci ayəsində və Səff surəsinin 29-cu ayəsində buyurur:

هو الذي أرسل رسوله بالهدي ودين الحق ليظهره علي الدين کله

“O Allahdır ki, öz rəsulunu hidayət və haqq din (İslam dini) ilə göndərdi ki, o dini bütün dinlərə qalib etsin”.

Bu ayələrin İslam dininin bütün dinlərə qələbə çalması vədəsinə dəlalət etməsi aydındır.

Ənbiya surəsinin 105-ci ayəsində buyurur:

ولقد کتبنا في الزبور من بعد الذکر انّ الارض يرثها عبادي الصالحون

“Həqiqətən biz Zəburda, ondan sonra Zikrdə (Tövrat) yazdıq: Yer üzünü mənim saleh bəndələrim irs aparacaqdır”.

Bu ayə də dəlalət edir ki, yer Allahındır və ona onun saleh bəndələri malik olacaqlar.

Nur surəsinin 55-ci ayəsində buyurur:

وعد الله الذين آمنوا منکم وعملوا الصالحات ليستخلفنهم في الارض...

“Allah sizlərdən iman gətirənlər və saleh əməllər edənlərə vədə vermişdir ki, onları yer üzündə xəlifə edəcəkdir.”

Bu iki ayədə aşkar və aydın təkidlə vədə verilmişdir ki, İslam qüvvətli və qüdrətli olacaq, onların qorxu və həyacanı aradan qalxacaq və rahatlığa çevriləcəkdir.

Qisəs surəsinin 5-ci ayəsində buyurur:

ونريد أن نمنّ علي الذين استضعفوا في الارض ونجعلهم أئمة ونجعلهم الوارثين

“Və istəyirik yer üzündə məhrum qoyulmuşlara minnət qoymaq və onları başçı qərar verək və onları varislər qərar verək.

Bu ayə də o ayələrdəndir ki, təfsir kitabları və hədislərə uyğun olaraq Həzrət Vəli Əsrin – aləmdəkilərin ruhları ona fəda olsun – zühuruna və o Həzrətin dünyaya hakim olacağına bəşarət verir.

Həzrət Əmirəl möminin (ə)-dan “Həhcül-Bəlağə” kimi çox mötəbər kitablarda və etibarlı mənbələrdə nəql olunmuşdur ki, buyurdu:

لتعطفنّ الدنيا علينا بعد شماسها عطف الضروس علي ولدها ـ وتلي عقيب ذلک ـ ونريد أن نمنّ علي الذين استضعفوا في الارض ونجعلهم أئمة ونجعلهم الوارثين [2]

“Dünya ram olmayan və qapan dəvənin öz balasının üstünə qayıtdığı kimi bizim (Ali Muhəmmədin) üstümüzə qayıdacaq və bizimlə mehribanlıq edəcəkdir. Və onun ardıyca oxudu: “Biz istəyirik yer üzərində zəif saxlanılanlara minnət qoyaq və onları başçılığı irs aparan başçılar edək”.
Dəyərli hədislər.

Sünni və şiə mənbələrindən mütəvator dərəcəsində gəlib bizə çatmış hədis və rəvayətlər buna dəlalət edir ki, İslam dini bütün dünyanı tutacaq, islam təlimlərinin nüfuz dairəsinə daxil olmayan ev qalmayacaqdır. Elə bir şəhər və kənd qalmayacaqdır ki, oradan səhər-axşam azan, tövhid və peyğəmbərliyə şəhadət sədaları ucalmasın. Dəyişikliklər, fitnə-fəsad, hərc-mərclik, xanimunları xarab qoyan müharibələr, qıtlıq və xəstəliklər millətləri cana gətirdiyi zaman uca Allah aləmin həqiqi islahatçısını, Hüseyn övladlarının doqquzuncusunu, İmam Həsən Əsgəri (ə)-ın əziz övladı, Ali Məhəmməd (s)-in Həzrət Məhdisini ayağa qaldıracaqdır ki, zülm və sitəmlə dolmuş dünyanı ədalət və düzgünlüklə doldursun. Onun zühuru ilə iztirab və nigarançılıqlar aradan qalxacaq, beynəlxalq sülh və əmin-amanlıq bərpa olacaq, vahid ümumdünyəvi hökumət təşkil olacaq, Allah dünyanın şərq və qərbini o Həzrətin əli ilə onun üçün fəth edəcəkdir.

Bu rəvayətlər mötəbər mənbələr və əhli-sünnət və şiə alimləri tərəfindən etimadla qəbul edilən ana kitablarda mövcud, birinci əsrdə və Həzrət Məhdinin – Allah-təala onun zühurunu tezləşdirsin – doğumundan qabaq qələmə alınmış kitablarda zəbt olunmuşdur. Məlumatı alan şəxslər bilirlər ki, bu mövzu kimi çox az mövzuda Həzrət Rəsullallah (s)-dən, pak imamlardan (ə), səhabə və tabelərdən hədis və rəvayətlər bizə gəlib çatmışdır. Həqiqətdə, o aləmin islahatçısı və insanlığın xilaskarının zühuruna iman gətirmək əziz peyğəmbərimizin (s) doğruculuğuna iman gətirmək və o Həzrətin nübuvvətini təsdiq etməyin ayılmaz hissəsidir; Allahın bu vədəsi, hökmən, baş verəcəkdir:

ان الله لا يخلف الميعاد[3]

“Allah heç vaxt vədəxilaflıq etmir”.

Deməli, bu məsələ ilahi sünnətlər, varlığın gizli incəlikləri və bəşəriyyətin təkamül xətti ilə uyğun, Allahın “Əl-Hakim”, “Əz-Zahir” və Əl-Qalib” kimi əsmai-hüsnası ilə sübut olunmuşdur.

فلن تجد لسنّة الله تبديلاً ولن تجد لسنّة الله تحويلاً [4]

“Allahın ilahi qanunları heç vaxt əvəzlənməyəcəkdir və ilahi qanunları heç vaxt dəyişməyəcəkdir”.
 
-----------------------------------------------------------------------------------------------------

[1]-Amerikalı filosof Vilyam Luka Erisun deyir: Biz bəşəriyyət üçün vahid dövlət, vahid qanun, vahid qazi və vahid hakimin olmasına etiraf edirik; dünyanın bütün şəhərləri bizim şəhərimiz, bəşər cəmiyyətinin hər bir üzvü bizim şəhərin övladı və bizim vətənin oğludur; biz öz şəhərimizin torpaqlarını başqa şəhərləri sevdiyimiz qədər sevirik (Əlbəttə, amerikalıların özlərinin bu iddiada sadiq ya yalançı olduqları haqqında hökm çıxartmaq dünya xalqlarının öhdəsindədir) Məşhur İtaliya ədəbiyyatçısı Donte deyir: Vacibdir ki, bütün yer üzü və onda yaşayan insanlar bir → başçının fərmanı altında olsunlar ki, ehtiyacları olduqları şeylərə malik olsunlar və beləliklə, müharibə baş verməsin, sülh və barışıq bərpa olunsun. Fransalı Fultir deyir: Öz şəhərləri üçün əzəmət arzu edənlər bir kəs başqalarının bədbəxtlik və məhvini də arzu etmişdir. Samuel Canson kimi bir sıra başqa mütəfəkkirlər də onların bir ümumdünyəvi cəmiyyət təşkil etmək meyillərindən xəbər verən oxşar nəzəriyyələr vermişlər.

[2]-“Nəhcül-bəlağə”, hikmət 209.

[3]-Ali-İmran surəsi, ayə 9.

[4]-Fatir surəsi, ayə 43.

Category: Vahid ümumdünyəvi hökumət. | Added by: IslamQadini (2009-10-02)
Views: 1070 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]