«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 6:22 AM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Ağvalideynlik
Ağvalideynlik
   Valideynin üzünə ağ olmaq - onları və onlardan birini qəzəbləndirmək, incitmək və ya qəlblərini sındırmaq deməkdir. Həmçinin, ağvalideynlik qohumluq əlaqələrinin kəsilməsinin ən şiddətli forması olmaqla yanaşı, ən böyük günahlardan biridir.
   Kim valideynin üzünə ağ olarsa, dünya və axirətdə xeyir görməz, ömrünün faydası olmaz, hörməti azalar, ömrü qısalar və həyatını mənasız başa vurar.
    Odur ki, ey əziz qardaş, valideyinin üzünə ağ olmaqdan çəkin, özünə rəhm et və qohumluq əlaqələrini kəsənlərdən olma!
    Valideynlərin çəkdiyi əziyyətləri, sənə görə keçirdikləri yuxusuz gecələri, verdikləri tərbiyəni, illərlə qucaqlarında nəzakət, məhəbbət və mərhəmətlə bəslədiklərini, sənə görə hər bir əziyyətlərə qatıldıqlarını, səni boya-başa çatdırdıqlarını, zəif olduğun halda səni qüvvətləndirdiklərini daim  xatırla! Nə oldu sənə?! Bütün bunları nə tez unutdun?! Bütün bunlara nə tez göz yumdun?! Səni buna nə vadar etdi?!
    Rəsulullahdan (s) nəql olunan rəvayətdə buyurulur:
    "Allah valideynin üzünə ağ olan kimsələrə buyuracaq: "Nə bilirsiz edin, onsuzda Mən sizi bağışlamayacağam" ("Rovzatul-vaizin" c.2, səh.368)
    "Allah iki nəfərin ömrünü tezləşdirər: Onlar Allahın əmr və qadağalarına məhəl qoymayan və valideynlərinin üzünə ağ olan kimsələrdir" ("Kənzul-Ummal" 45458, 45527, 45548-ci hədislər)
    İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyurulur:
    "Valideynlərə ünsiyyətdə az olmaq, onların üzünə ağ olmaq deməkdir" ("Usulul-Kafi" c.2, səh.267, 7-ci hədis)
    "Allah_Təala valideynlər zalım olsa belə onlara baxmayan bəndəsinin namazını qəbul etməz" ("Usulul-Kafi" c.2, səh.261, 5-ci hədis, "Biharul-Ənvar" 74-ci cild, səh.61)
    İmam Rzadan (ə) nəql edilən rəvayətdə buyurulur: 
    "Allah valideynin üzünə ağ olmağı Onun itaətindən çıxmaq, nemətinə küfr etmək olduğu üçün haram etmişdir. Valideynlərin hüquqlarını bildiyi halda üzlərinə ağ olmaq nəsil artımız qarşısını alar və növbəti nəsillərin tərbiyəsinə pis təsir edər" ("Biharul-Ənvar" c.74, səh.75, "Mişkatul-ənvar" Təbərsi, səh.166)
Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-10-09)
Views: 931 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]