«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 12:03 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Allahdan qorxmaq və çəkinmək
Allahdan qorxmaq və çəkinmək
    Ey əziz qardaş, Allahdan qorx, Onun əzəmət və cəlalına diqqət yetir, daim hesab günü haqda fikirləş, axirət əzabını xatırla!
    Ölümü, bərxəz aləminin çətinliyini və qiyamət günün əzabını təsəvvür et. Cənnət, Cəhənnəm, qorxan və çəkinən bəndələrin halını bəyan edən Quran ayələrini və rəvayətləri diqqətlə oxu, bu haqda dərindən fikirləş. (Uca Allah "Nazirat" surəsində buyurur:"

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ
فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ

Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!"
    Unutma ki, bəndənin öz Rəbbinin əzəməti haqda olan birliyi nə qədər çox artarsa, bir o qədər öz eyiblərindən xəbərdar olar və Allahdan qorxar. (Rəsulullah (s) buyurur: Kim Allahı daha yaxşı tanısa Allahdan daha çox qorxar").
    Allah Özündən çəkinmyəi bütün bəndələrinə, qorxmağı isə alimlərə nisbət vermişdir:"

إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ
 
Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. "("Fatir" 28)

وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar." (Rəd" surəsi, ayə 21)
    Rəsulullah (s) buyurur;" Mən sizi Allahdan qorxmağa çağırıram" (Camius-səadət" 1-ci cild, səh, 218).
    Sələbinin Əbu İshaqdan, onun isə Əbu Suheyfədən nəql etdiyi hədisdə deyilir : Bir nəfər Rəsulullahdan (s) soruşur:" Ya Rəsulullah, səni daha çox nə kədərləndirir? Rəsulullah (s) buyurur :" Məni ən çox Hud və onun qardaşları kədərləndirir". ("Nurus-səqaleyn" 2-ci cild, səh.334)
    Başqa bir hədisdə Rəsulullah(s) cavabında buyurur:" Məni ən çox Hud, "Vaqiə", "Mursəlat" və "Nəbə" surələrinin şamil edildiyi şəxslər kədərləndirir  " ("Əl-Xisal" 1-ci cild, səh.199)
    Əminəm ki, sən peyğəmbərlərin və övliyaların Allahdan qorxusu, Əmirəl-möminin (ə.s) qəşş etməsi və səcdə edənlərin ağası İmam Zeynəlabidinin (ə.s) münacatı haqda eşitmisən. ("Əxlaq", Seyid Abdullah Şübbər, səh. 285)

Şeyx Abbas Qummi

Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-08-29)
Views: 1483 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]