«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 8:53 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Danışanın sözünü kəsmək
Danışanın sözünü kəsmək
   Danışanın sözünü kəsməyə və ya etiraz etməyə mira və cidal deyilir. Mira və cidal - haqqı  bərabər etmək üçün deyil, məhz danışan insanın eybini və nöqsanını aşkar etmək, onun barəsində şübhə yaratmaq, ondan intiqam almaq və öz qüdrətini nümayiş etdirmək üçün sözə müdaxilə etməkdir. Bu əməl sahibi axirətdə heç bir fayda görməz ("Cəmius-səadət" c.2, səh.282)
    Bu əməl həmçinin pis əxlaqi xüsusiyyətlərdən biri hesab olunur.
   Rəsulullah (s) bir rəvayətdə buyurur: "Əhli-Bəytimi sevməyən və haqq olsa belə cidaldan əl çəkməyən şəxs həqiqətən iman gətirməz" ("Səfinətul-bihar" Qummi, c.2, "mira" bölməsi)
    Şübhəsiz ki, bu xüsusiyyətə malik insan daim dava-dalaş axtarışında olan vəhşi it kimi başqasının sözünü kəsər. Başqasının sözünü mübahisə etmək üçün dinləyər, sonra onunla mübahizə edər və bundan ləzzət alar. xüsusilə az və avam insan kütləsi qarşısında sözdən zəif  birinə öz xəbis xüsusiyyətini nümayiş etdirmək üçün onu təşviq edərlər. Bu zaman həmin az və avam kütlə onu alqışlayaraq deyər :Filan insan mahir danışan, mübahisə edən və bənzərsiz natiqdir".
    Bu çür mübahisəni adət edən şəxs qalib gəlmək üçün daim cahillərə qarşı çürət edər. Lakin o öz qüdrətini nümayiş etdirdiyi zaman qarşısındakı insanın ondan elmdə və danışmaqda zəif olduğunu düşünmür.
    Allah-Təala Qurani-Kərimdə buyurur:
   
أَلَا إِنَّ الَّذِينَ يُمَارُونَ فِي السَّاعَةِ لَفِي ضَلَالٍ بَعِيدٍ

    "Bil ki, o saat barəsində mübahisə edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər." ("Şura" surəsi, ayə,18)
    Əmirəl-möminin (ə) buyurur:
   "Mübahisə və mira etməyin! Çünki bunlar qardaşlarınıza qarşı qəlbləri xəstə edər və orada nifaq toxumu səpər" ("Usulul-kafi" c.2, səh.227, "Camius-səadət" Nəraqi, c.2, səh.275)
    "Cidalın (mübahisənin) meyvəsi peşmançılıqdır" ("Ğurarul-hikəm" səh.464, 10745-ci hədis, "Biharul-ənvar" c.73, səh.339)
    İmam Həsən Əsgərindən (ə) nəql edilən rəvayətdə buyurulur:
    "Cidal etmə, heybətin aradan gedər. Zarafat etmə, sənə qarşı çürət edərlər" ("Biharul-Ənvar" c.78, səh.370)

Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-10-09)
Views: 907 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]