«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 2:50 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Fəqirlik
Fəqirlik
    Ey fəqir, fəqr olduğuna görə qəm etmə! Fəqirlik möminin zinətidir və at  yüyəninin zinətindən yaxşıdır.   bütün insanlar Cənnət arzusunda olduğu ki, Cənnətdə fəqirləri arzulayır.("Biharul-Ənvar" c.72, səh.48)
    Fəqir qəbin asudə olması ilə kifayətlənir. Belə ki, Rəsulullah (s) buyurub:
    "Fəqirlik mənin fəxrimdir" ("Camiul-əxbar" Səzəvari, səh.302)
    "Ey Rəbbim, məni miskin yaşat, miskin öldür və miskinlər sırasında həşr et" ("Mişkatul-ənvar" Təbərsi, səh.133)
    Rəvayətdə deyilir:
    "Ailəsinin ruzisi üçün çalışan kəs Allah yolunda cihad edən şəxs kimidir. Dünyadan halal ruzi tələb edən şəxs şəhidlər dərəcəsindədir" ("Muhəccətul-beyza" c.3, "Camius-səadət", c.2, səh.19, "Əxlaq" səh.211)
    İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyurulur:
    "Qardaş qardaşı üzülrü hesab etdiyi kimi, Allah da bu dünyada daim ehtiyac içində olan mömini üzürlü hesab edər. Allah möminə buyurar: "Ey mömin bəndəm, səni bu dünyada məhrum etməyimin səbəbini görmək  istəyirsəndə, gözündəki pərdəni qaldır və əvəzinə tamaşa et!" Mömin gözündəki pərdəni qaldırar və deyər:" Mənə zərər verəni mənə qadağan etdin, əvəzində isə gözəl bir nemət verdin" ("Biharul-ənvar" c.72, səh.25)
    İmam Əmirəl-möminin Əlidən (ə) nəql edilən rəvayətdə buyurulur:
    "Şahlar dünyadan, fəqirlər isə axirətdən razı qalarlar" ("Ğurarul-hikəm" 366-8243-cü hədislər, "camius-səadət" c.2, səh.83)
Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-10-03)
Views: 762 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]