«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 8:38 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Həsəd
Həsəd
    Ey əziz qadaş, həsəd etmə! Həsəd edən insan dünya və axirətdə şiddətli əzaba düçar olar, qəm və ağrılar içində yaşayar.
    Əgər diqqətlə nəzər yetirsən görərsən ki, həsəd edən Rəbbinə qarşı inkara qalxmışdır. Sanki o, insanların xeyir və zərərinə özünü alim, Allahı isə cahil hesab edir. Bu düşüncədən Allaha pənah aparırıq! Hər iki etiqad küfr və inaddır. Hər ikisi həsəd edən insan üçün bəladır.
    Həsəd aparan olmaqdansa, qoy sənin həsədini aparsınlar. Həsəd aparan insanın əməl tərəzisinin yaxşı əməllər tərəfi yüngül, həsədi aparılan insanınkı isə ağır olar.
    Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur:
    "Ən az ləzzət hiss edən kəs həsəd aparandır". ("Məanil-əxbar" səh.195, 1-ci hədis)
    Əmirəm-möminin (ə) buyurub:
    "Həsəd aparandan ağa olmaz".
    "Həsəd aparmaq ruhu həbs etməkdir".
    "Allaha and olsun ki, həsədin dürrü sahibini öldürər"
    "Həsəd aparan kimi məzluma oxşayan zalım görmədim". ("Ğurarul-hikəm" səh.299)
    Həsəd edənin halına nəzər sal, onun iztirabı və həsrəti bu, bir neçə günlük dünyaya layiq deyil. çünki o, Allah bəndəsini qurbana çevirir. Gözünü bir neçə  dəfə yumub açmaqla həsəd edəni və həsəd aparılanı torpağın altında qurd-quş yediyini və adlarını tarixin səhifəsindən sildiyini görərsən.
Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-10-03)
Views: 1067 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]