«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 6:02 PM
Main » Articles » Əxlaq elmində 50 dərs » Əxlaq elmində 50 dərs

Mənasız danışmaq
Mənasız danışmaq
    Ey əziz qardaş, bacardıqca dodaqlarını sükutla zinətləndir, onları batil, haram, faydasız və boşboğaz sözlərlə çirkləndirmə.("Camiul-Əxbar" səh.247, 52-ci fəsil)
    Əlbəttə əziz qardaş, axirət dünyasına səfər müddəti az olduğu üçün vaxtımızı boşuna və faydasız sözlərlə hədər etməməliyik.
    Əmirəl-möminin (ə) buyurub:
    "Diqqətli ol! Ehtiyac az, yol uzun, səfər uzaq və yer əzəmətlidir!"
    "Əgər qəbir əhlinə danışmağa izn verilsəydi, o zaman, ən gözəl tədarükün təqva olduğunu xəbər verərdilər" ("Nəhcul-Bəlağə" Qısa hikmətlər, 77-2, 130-3)
    Həmçinin, Əmirəl-möminindən (ə) nəql edilən digər rəvayətdə buyurulur:
    "Ağıllı insan yalnız dəlil və ehtiyac olduğu zaman danışar" ("Ğurarul-hikəm" səh.211, 4081-ci hədis, "Əxlaq" Seyid Abdullah Şübbər, səh.157)
    Loğman həkim oğluna vəsiyyətdə deyir:
    "Danışmaq gümüşdürsə, susmaq qızıldır" ("Usulul-Kafi" c.2, səh.93, 2-ci hədis, "Biharul-Ənvar" c.7, səh. 278, 299)
    Davud (ə) oğlu Süleymana buyurub:
    "Ey oğul, susmağa  çalış! Susmaqdan yaranan bir peşmançılıq, danışmaqdan sonra yaranan peşmançılıqdan yaxşıdır" ("Biharul-Ənvar" c.71, səh.278, 299)
    İmam Sadiq (ə) buyurub:
    "Bəndəyə susduğu zaman yalnız yaxşı əməllər, danışdıqda isə yaxşı və pis əməllər yazarlar" ("Usulul-Kafi" c.2, səh.95, 21-ci hədis, "Biharul-Ənvar"  c.71, səh.307)
Category: Əxlaq elmində 50 dərs | Added by: IslamQadini (2012-10-03)
Views: 637 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]