«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 6:08 PM
Main » Articles » Nurlu kelamlar » YAXŞI QADININ XÜSUSİYYƏTLƏRİ

Nurlu kelamlar
 
 
YAXŞI QADININ XÜSUSİYYƏTLƏRİ

311–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür.
Vəsailuş-şiə /20/172.
***

312–Allah Rəsulu (s.ə.v.v.) buyurur:  Qadın özünü (əri üçün) gözəl ətirlərlə ətirləməli, ən gözəl paltarlarını geyib, ən gözəl zinətlərlə bəzəməli və gecə-gündüz özünü onun ixtiyarında qoymalıdır.
Kafi /5/508.
***

313–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Qadının cihadı ərinə yaxşı baxmasıdır.
Nəhcül-bəlağə, kəlimati-qisar /494.
***

314–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Allah buyurur:  Hər vaxt mö`min üçün dünya və axirət xeyrini bir yerə cəm etmək istəsəm, ona (Allahdan) qorxan qəlb, zikr edən dil, bəlada səbirli olan bədən və mö`minə olan həyat yoldaşı verərəm ki, hər vaxt baxsa onu xoşhal edər, yanında olmayan zaman özünü və malını qoruyar.
Kafi /5/327.
***

315–İmam Sadiq əleyhissalam buyurur:  Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir.
Biharul-ənvar /103/252.
***

316–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Əlbəttə, qadınlarınızın ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, örpəkli, iffətli, ərinin qarşısında təvazökar, qohumlarının yanında əziz olanlar, eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib, naməhrəmdən gizlədən, ərinin sözünə canla-başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır, sadə kişilər kimi özünə baxmayanlar yox.
(Biharul-ənvar /103/235.)
***

317–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Dörd şeyə yiyələnmək müsəlman kişinin xoşbəxtliyindəndir…

Ləyaqətli və salehə xanım;

Geniş ev;

Məqsədə yetişmək üçün sür`ətlə gedən rahat minik;

Əxlaqı və əməli düz olan saleh övlad.
Biharul-ənvar /104/98.
***

318–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadının cihadı əri ilə xoş rəftarıdır. Ərinin onun üzərində olan haqqı bütün xalqın haqqından böyükdür.
Biharul-ənvar /103/256.

Category: YAXŞI QADININ XÜSUSİYYƏTLƏRİ | Added by: IslamQadini (2009-09-30)
Views: 1765 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]