«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 7:15 AM
Main » Articles » Nurlu kelamlar » ZƏHMƏT VƏ TƏNBƏLLİK

Nurlu kelamlar
 
 
ZƏHMƏT VƏ TƏNBƏLLİK
389–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İbadət yetmiş qismdir ki, ən üstünü halal qazancdır.
Təhzib /6/324.

***
390–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Tənbəlliyə, süstlüyə adət edənlər heç vaxt xoşbəxt ola bilməzlər.
Ğürərul-hikəm /197.

***
391–İmam Baqir əleyhissalam buyurur:  Tənbəllikdən və hövsələsizlikdən uzaq olun, çünki bu iki xislət bütün pisliklərin açarıdır.
Biharul-ənvar /78/175.

***

392–Ənəs ibni Malik rəvayət edir:  Allahın Rəsulu (s.ə.v.v.) Təbuk döyüşündən qayıdarkən Sə`d Ənsari Həzrəti qarşılamağa getdi. Peyğəmbər (s.ə.v.v.) onunla qucaqlaşıb görüşdükdən sonra soruşdu:  Əlin niyə qabar olub? Cavab verdi:  Ey Allahın Rəsulu, ailəmi dolandırmaq üçün bellə, kəndirlə işləyirəm. Peyğəmbər (s.ə.v.v.) onun əlini öpüb buyurdu:  Bu bir əldir ki, cəhənnəm odu əsla ona dəyməz.
Üsdul-ğabə /2/299.

Category: ZƏHMƏT VƏ TƏNBƏLLİK | Added by: IslamQadini (2009-09-19)
Views: 900 | Rating: 4.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]